Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

TƏCİLİ! Azərbaycanlıların olduğu gəmiyə PUA HÜCUMU edildi

Baxış: 90
TƏCİLİ! Azərbaycanlıların olduğu gəmiyə PUA HÜCUMU edildi


Qara dənizdə Novorossiysk limanından çıxan, göyərtəsində 3 azərbaycanlının da olduğu “Volga 4007” yük gəmisinə ardıcıl 4 PUA zərbəsi endirildiyi bildirilir. 

Hadisə barədə “Azərbaycan Dənizçilərinə Dəstək” İctimai Birliyinin sədri İlham Nəsirov məlumat verib.

Onun sözlərinə görə, “Reka Dənizçilik” şirkətinə məxsus, Kuk adaları bayrağı altında üzən “Volga 4007” quru yük gəmisi Novorossiysk limanından çıxarkən hücuma məruz qalıb.

İlkin məlumata əsasən, gəmiyə ardıcıl olaraq 4 dron zərbəsi endirilib.

Hücum zamanı gəminin göyərtəsində ümumilikdə 13 heyət üzvü olub. Onlardan 10-u Hindistan, 3-ü isə Azərbaycan vətəndaşıdır.

Dron hücumundan sonra heyət üzvlərinin təxliyəsinə başlanılıb.

Hadisə nəticəsində xəsarət alanların olub-olmaması və gəminin nə qədər zərər gördüyü barədə hələlik məlumat verilmir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.