Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ərini öldürəndən sonra silahla arvadını da hədələyibmiş - Yevlaxdakı qətlin təfərrüatı

Baxış: 117
Ərini öldürəndən sonra silahla arvadını da hədələyibmiş - Yevlaxdakı qətlin təfərrüatı


Ötən ilin iyulunda Yevlaxın Malbinəsi kəndində 1985-ci il təvəllüdlü Ruslan Mustafayevi güllələyərək öldürən şəxsin məhkəməsi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə mərhumun 1957-ci il təvəllüdlü həmkəndlisi  Əli Rəsulova hökm oxunub.

Bildirilib ki, 2007-ci ildə Ə.Rəsulov Ruslangilin ailəsindən 10 illik müddətə torpaq icarəyə götürərək yonca əkib. Müddət başa çatdıqdan sonra Ruslan torpağı özünün becərəcəyini bildirərək ondan alıb. Hadisədən öncə isə Əli Rəsulov əkdiyi yoncanın Ruslan tərəfindən biçildiyini görüb və səhər saat 6 radələrində sahəyə gəlib. Bundan sonra Ruslan da yuxudan oyanaraq oraya gedib və münaqişə yaranıb. Ə.Rəsulov “Toyota Prado” markalı avtomobilindən tüfəng götürərək Ruslanı güllələyib. O, hadisə yerində ölüb.

Bundan sonra Ə.Rəsulov qanunsuz olaraq Ruslangilin evinə daxil olaraq onun arvadına “Ruslana atəş açdım, deyəsən başından dəydi, ölüb-ölmədiyini bilmirəm, gedin onu götürün”, - deyib.

Qətlə görə Cinayət Məcəlləsinin 120-ci, Ə.Rəsulovun Ruslanın evinə gedib arvadını silahla hədələməsinə görə isə 134 və 157-ci maddələri ilə iş açılıb.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 69 yaşlı kişiyə 12 il həbs cəzası verilib

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.