Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Üstündən avtobus keçən qadının nəvəsi baş verənləri danışdı

Baxış: 63
Üstündən avtobus keçən qadının nəvəsi baş verənləri danışdı


Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonunda sərnişin avtobusu piyadanın üstündən keçərək onun ölümünə səbəb olub.

Dəhşətli hadisə dünən Ramana qəsəbəsi, Yeni Ramana yolunda qeydə alınıb.

Məlumata görə, 214 saylı marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı, 10 TG 815 dövlət qeydiyyat nişanlı avtobus digər nəqliyyat vasitəsindən düşən 71 yaşlı piyadanı vurub, daha sonra isə üstündən keçib. Ağır xəsarətlər alan 1951-ci il təvəllüdlü Bağda Sovin qızı aparıldığı Sabunçu xəstəxanasında vəfat edib.

Mərhumun nəvəsi nənəsinin onlara gələn zaman qəzaya düşdüyünü bildirib:

"Nənəm normal qaydada avtobusdan düşüb. Ancaq digər avtobus sağdan keçərək, nənəmi ağır şəkildə vurdu, avtobusun altında qaldı. Həmişə də gəlib kiminsə başına bəla olurlar, əsasən də 214 nömrəli avtobus. Nənəmin hadisə yerində gözləri açıq idi. Yalnız ayaqları, qolları qırılmışdı, qabırğası partlamışdı".

Hadisə şahidlərinin sözlərinə görə, qəza piyada səkisinin üzərində baş verib:

"Deyirlər ki, maşının əyləci tutmayıb. Necə olur ki, sonradan əyləci tutur? Belə başa düşürəm ki, sürücü yuxulu idi".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.