Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bakı-Sumqayıt yolunda güclü yanğın: Mebel və avtomobil sexləri od tutdu - FOTO - VİDEO

Baxış: 54
Bakı-Sumqayıt yolunda güclü yanğın: Mebel və avtomobil sexləri od tutdu - FOTO - VİDEO


Abşeron rayonunda, Bakı-Sumqayıt yolunun 7-ci km-də yanğın baş verməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi açıqlama yayıb.
Sahibkartv.az qurumun mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən yanğının bir dam altında tikilmiş bir-birinə bitişik müxtəlif təyinatlı obyektlərdə baş verdiyini və yayılma riskinin yüksək olduğunu müəyyən edib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 650 kv.m olan müxtəlif təyinatlı obyektlərdən sahəsi 100 kv.m olan mebel sexinin yanar konstruksiyaları, bitişik sahəsi 90 kv.m olan digər mebel sexinin yanar konstruksiyaları, bitişik sahəsi 120 kv.m olan avtomobil təmiri sexinin yanar konstruksiyaları 20 kv.m sahədə və bitişik sahəsi 120 kv.m olan mebel sexinin içərisində olan avadanlıqlar 5 kv.m sahədə yanıb, yüksək temperaturdan digər sexdə təmirə dayanmış "İsuzu" markalı yük avtomobilinin yük hissəsində kondisioner deformasiya edib.
Digər bitişik anbarlar və avtomobil yanğından mühafizə olunub.



Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.