Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda tanınmış həkimin oğlu faciəli şəkildə öldü: Türkiyədən yenicə qayıdıbmış - FOTO

Baxış: 36
Azərbaycanda tanınmış həkimin oğlu faciəli şəkildə öldü: Türkiyədən yenicə qayıdıbmış - FOTO


Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsindən sonra dünyasını dəyişən 25 yaşlı Ümid Nicat oğlu Möhübbətovla bağlı bəzi detallar məlum olub.

 "Qafqazinfo" xəbər verir ki, rayonun Separadi kəndi ərazisində, körpü üzərində qeydə alınan yol-nəqliyyat hadisəsi zamanı Masallı rayonu Mahmudavar kənd sakini 2005-ci il təvəllüdlü Sultan İlkin oğlu Hacıyevin idarə etdiyi "Hyundai Sonata" markalı avtomobilin 20 metr hündürlükdən çaya düşməsi nəticəsində sərnişin qismində olan həmyerlisi 21 yaşlı Ümid Nicat oğlu Möhübbətov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da xəsarətləri ağır olub və həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Sürücü isə Reanimasiya şöbəsinə yerləşdirilib.

Məlum olub ki, həyatını itirən gəncin Masallı rayonunun tanınmış həkimlərindən biri olan Nicat Möhübbətovun övladı imiş. O, Türkiyədə təhsil alırmış və bir müddət əvvəl ölkəyə qayıdıbmış.

Faktla bağlı araşdırma aparılır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.