DTX-nin İFŞA etdiyi dəstə hakim qarşısında - gizli sığınacaqlar, sərhəddə təlimlər…
Tarix: 26-02-2026, 12:08
/
Baxış: 351
Azərbaycanda beynəlxalq terror şəbəkələri ilə əlaqədə ittiham olunan bir qrup şəxsin işi üzrə məhkəmə prosesi başlayır. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) apardığı genişmiqyaslı əməliyyat nəticəsində ifşa edilən və ölkə daxilində terror aktlarına hazırlıqda şübhəli bilinən şəxslər artıq Bakı Ağır Cinayətlər Məhkəməsinin mühakiməsinə verilib.
Musavat.com xəbər verir ki, hazırlıq iclası hakim Namiq Kərimovun sədrliyi ilə keçirilib. Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, müdafiə tərəfi onların həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib. Lakin hakimlər kollegiyası bu vəsatəti təmin etməyib və saxlanılan şəxslər həbsdə qalacaq.
DTX-nin açıqladığı materiallar işin miqyasını və təhlükə səviyyəsini açıq şəkildə göstərir. İstintaq müəyyən edib ki, Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli və Dadaş Həşimov 2024-cü ildə Azərbaycandan çıxaraq Pakistanın Əfqanıstanla sərhədində yerləşən dağlıq bölgələrdə gizləniblər. Bu ərazilər uzun illərdir müxtəlif radikal silahlı qrupların fəaliyyət zonası kimi tanınır. İstintaq materiallarına görə, həmin şəxslər beynəlxalq terror təşkilatının tərkibində döyüş hazırlığı keçib, silahlı münaqişələrdə iştirak edib və terror məqsədli hərbi təlimlər alıblar. Bu fakt Azərbaycanın hüdudlarından kənarda radikallaşan və sonra ölkəyə qarşı yönəldilə biləcək təhlükənin real olduğunu göstərir.
DTX-nin məlumatına əsasən, terrorçu qrup yalnız xaricdə fəaliyyət göstərməklə kifayətlənməyib. Onların planları Azərbaycanın şimal bölgəsində meşə massivlərində yeraltı sığınacaqlar yaratmaq, silah və partlayıcı maddələr toplamaq, texniki qurğular hazırlamaq və terror aktlarına zəmin yaratmaqdan ibarət olub. Əməliyyatın ən diqqət çəkən tərəflərindən biri isə beynəlxalq əməkdaşlıq olub.
DTX tərəfdaş xarici xüsusi xidmət və hüquq-mühafizə orqanları ilə birgə əməliyyat keçirərək, axtarışda olan şəxslərin xarici ölkə ərazisində saxlanılmasına və Azərbaycana gətirilməsinə nail olub. Bu, Azərbaycanın terrorla mübarizədə beynəlxalq təhlükəsizlik şəbəkəsinin aktiv iştirakçısı olduğunu göstərən mühüm faktorlardan biridir.
İstintaq yalnız dəstənin silahlı fəaliyyətinin araşdırılması ilə kifayətlənməyib, maliyyə kanallarını da üzə çıxarıb. Müəyyən edilib ki, Tofiq Yusifli və Dadaş Həşimovun terror fəaliyyəti Mir Cavad Hüseynli və Tural Ağayev tərəfindən maliyyələşdirilib. Terror şəbəkələrinin fəaliyyətində maliyyə təminatı əsas element sayılır və bu istiqamətdə sübutların əldə edilməsi istintaqın ən mühüm nailiyyətlərindən hesab olunur.
Təqsirləndirilən şəxslərə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 - terrorçuluğun maliyyələşdirilməsi, 218.2 – cinayətkar birlikdə və ya mütəşəkkil dəstədə iştirak, 283-1.3 – dini radikalizm zəminində xarici silahlı qruplarda iştirak maddələri ilə ittiham irəli sürülüb. Bu maddələr üzrə təqsirləri sübuta yetirilərsə, onları uzunmüddətli azadlıqdan məhrumetmə cəzası gözləyir. Cinayət işinin mahiyyəti üzrə ilk baxış iclası martın 11-nə təyin olunub.
Digər xəbərlər
Xəbər lenti
15:17
01-05-2026
01-05-2026
15:12
01-05-2026
01-05-2026
15:00
01-05-2026
01-05-2026
14:28
01-05-2026
01-05-2026
13:54
01-05-2026
01-05-2026
13:26
01-05-2026
01-05-2026
13:22
01-05-2026
01-05-2026
12:23
01-05-2026
01-05-2026
12:19
01-05-2026
01-05-2026
10:46
01-05-2026
01-05-2026
10:30
01-05-2026
01-05-2026
10:00
01-05-2026
01-05-2026
09:55
01-05-2026
01-05-2026
09:50
01-05-2026
01-05-2026
09:44
01-05-2026
01-05-2026
09:38
01-05-2026
01-05-2026
09:32
01-05-2026
01-05-2026
09:27
01-05-2026
01-05-2026
09:17
01-05-2026
01-05-2026
09:11
01-05-2026
01-05-2026
09:08
01-05-2026
01-05-2026
09:00
01-05-2026
01-05-2026
22:11
30-04-2026
30-04-2026
21:48
30-04-2026
30-04-2026
21:18
30-04-2026
30-04-2026
20:43
30-04-2026
30-04-2026
20:33
30-04-2026
30-04-2026
20:16
30-04-2026
30-04-2026
Ən çox baxılanlar
Sahibkarlıq
Balıqçılıqda düzgün strategiya qazanc gətirir
01-05-2026 15:17
/
45
Əkinçilikdə uğur planlı sahibkarlıqdan keçir
01-05-2026 15:00
/
54
2026-da kənd sahibkarları bazarı idarə edir
30-04-2026 22:11
/
198
Aqrar sahədə davamlı inkişaf
30-04-2026 21:48
/
162
Torpaq və su resursları gəlirin açarıdır
30-04-2026 21:18
/
162
2026-da aqrar biznes genişlənir
30-04-2026 20:43
/
144








































