Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

146 kq at ətini mal əti adı ilə Bakıda satacaqdılar - Fotolar

Baxış: 72
146 kq at ətini mal əti adı ilə Bakıda satacaqdılar - Fotolar


Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) birgə reyd keçirib.

“Qafqazinfo” xəbər verir ki, reyd zamanı Tərtər rayonunun Buruc kəndində Cəfərov Tural Əmrah oğluna məxsus tövlədə istehlaka yararsız ümumi çəkisi 146,8 kq olan sümükdən ayrılmış at əti, həmçinin 1 ədəd at başı və sümükləri aşkar edilib. 

Məlum olub ki, sözügedən atı eyni kənd sakinləri Seymur Baloğlan oğlu Məmmədov və Həsən İntiqam oğlu Cəfərli tövləyə gətirərək, qəssab Quliyev Seyfəddin Arif oğlu ilə birlikdə kəsiblər. Daha sonra sümükdən ayrılan əti paketlərə qablaşdırıblar.

Həmin şəxslər at ətinin mal əti adı altında satılması məqsədilə Bakı şəhərinə Cəfərov Elməddin Bulud oğluna göndərməyi nəzərdə tutduqlarını bildiriblər.

İstehlaka yararsız at ətindən nümunələr götürülərək soyuducu anbarda saxlanca yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.




Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.