Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“İdrak” liseyində şagird müəllimi güllələdi - Direktordan açıqlama-Yenilənib

Baxış: 99
“İdrak” liseyində şagird müəllimi güllələdi - Direktordan açıqlama-Yenilənib


Bakıdakı “İdrak” liseyində silahlı insident baş verib.

“Qafqazinfo” Unikal-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisindəki təhsil müəssisəsində qeydə alınıb.

Bildirilib ki, 10-cu sinif şagirdi müəllimə silahdan atəş açıb.

Dərhal xəstəxanaya çatdırılan müəllimin vəziyyətinin ağır olduğu bildirilir.

Liseyin rəhbəri Mönsüm Alışov hadisənin ehtiyatsızlıqdan baş verdiyini deyib.

“Şagird ov tüfəngini liseyə məktəb çantasında gətirib. Hadisə ehtiyatsızlıqdan baş verib”, - deyə o əlavə edib.

***

Liseyin rəhbəri Mönsüm Alışov “Yeni Sabah”a açıqlamasında bildirib ki, əvvəllər bu şagirdlə bağlı şikayət olmayıb:

“Davranışları normal olub. Hadisə sinif otağında baş verib. Müəllimənin vəziyyəti yaxşıdır, xəstəxanadadır”.

***

Xəsarət alan müəllim (qadın-red) Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilib.

***

Bu gün paytaxtın Binəqədi rayonu Ziya Bünyadov prospektində yerləşən “İdrak” liseyində 29 yaşlı xanım müəllimi güllələyən şagirdlə bağlı bəzi faktlar üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, cinayətdə şübhəli bilinən şagirdin atası Samir Şirinov daha əvvəl Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyində rəis müavini vəzifəsində çalışıb.

Onun hazırda işsiz olduğu bildirilir.

Yeniyetmə saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.