“Nücəba” silahlı qruplaşması Azərbaycanı niyə HƏDƏF aldı?
Tarix: Bu gün, 09:21
/
Baxış: 45
İranda baş verən hadisələrdən sonra Azərbaycanın hədəfə alınacağı gözlənilən idi. Tribuna.az xəbər verir ki, bu, Tehranın çoxdankı şakəridir. Belə ki, hadisələr səngiyəndən sonra SEPAH-ın teleqram kanalı Azərbaycanla bağlı böhtan xarakterli məlumat yayıb. İddia edir ki, guya, ABŞ Azərbaycanı İrana hücum etmək üçün silahlandırır.
Bu məsələnin üzərindən bir neçə gün keçdikdən sonra isə İranın proksiləri ortaya çıxıblar. Bu dəfə İranın himayə etdiyi İraqdakı “Nücəba” şiə silahlı qruplaşması Azərbaycanı hədəfə alıb. Təşkilatın baş katibi Əkrəm əl-Kəəbi iddia edib ki, İranda aksiyaları ABŞ və İsraili təşkil ediblər. Ardından isə bildirib: “Etirazlar İraq Kürdüstanı və Azərbaycan üzərindən idarə olunub”.
Göründüyü kim, Tehran rejimi indi də İraqda özlərinə yaxın silahlı qruplaşmanı Azərbaycan üzərinə qaldırır. Xatırladaq ki, İrana bağlı qruplaşmanın bu "nəticəyə" gəlməsi Davosda Azərbaycanın dövlət başçısı ilə İraqın Kürdüstan muxtariyyatının baş naziri ilə görüşməsindən qaynaqlanır.
Halbuki görüşün İranda xalq üsyanları ilə əlaqəsi yoxdur. Tərəflər iqtisadi-ticari məsələləri müzakirə ediblər, muxtariyyatın mərkəzi sayılan Ərbildə Azərbaycan konsulluğunun açılması gözləntisi var. Sadəcə, İran başına nə iş gəlirsə, hər dəfə Azərbaycanda günah axtarmağı bəhanə və vərdiş edib.
Elə bu günlərdə İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə Bakıda təhdidlər səsləndirdi, ölkəsinə hücum olarsa, müharibənin sərhədləri aşacağı ilə hədələdi. Ki, bu eyhamın bir hissəsi də Azərbaycana idi. Ardınca İsrail xarici işlər nazirinin Bakıda Tehran rejimi ilə bağlı verdiyi bəyanata qonşu ölkənin səfirliyi dözmədi və bu məsələdə də Azərbaycanı ittiham etdi. Belə desək, İran hər fürsətdə Azərbaycana böhtan atır və indi də İraqdakı marginal qrupunun əli ilə bunu edir.
Məlumat üçün deyək ki, "Nücəba" hərəkatı (Hərəkat ən-Nücəba) İraqda yerləşən və ABŞ-ın ölkədəki hərbi mövcudluğuna qarşı çıxan əsas şiə müqavimət qruplarından biridir. Şeyx Əkrəm əl-Kəbi tərəfindən idarə olunan hərəkat, İraq və Suriyada fəaliyyət göstərərək, ABŞ-ın hərbi varlığına qarşı silahlı mübarizəni davam etdirəcəklərini bəyan edib.
Musavat.com-a danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli İrana yaxın qüvvələrin də Azərbaycanı hədəf almasına təəccüblənmir.
Onun fikrincə, bu xətt bir mərkəzdən idarə olunur və məqsəd Azərbaycanı ABŞ-la İsrailin təlimatlarını yerinə yetirən dövlət kimi qələmə verməkdir: "Guya biz bu dövlətlərin diktəsi ilə hərəkət edirik və İrandakı hadisələrin qızışmasına təkan vermişik. Halbuki etirazlar Tehran bazarından başlamışdı və səbəbi də dolların bahalaşması idi. İran problemi daxilində axtarmaq əvəzinə xarici təsirlərdən danışır. Axı o sosial problemlər həllini tapmayıb? Deməli, yenə etirazlar olacaq və yenə xarici qüvvələrin İranı qarışdırdığını deyəcəklər. Bu yanaşma İranı uçuruma aparır”.
Ekspert yada saldı ki, prezident Pezeşkian xalqın tələblərinin haqlı olduğunu etiraf edib: “Demişdi ki, günahı kənar güclərdə axtarmalı deyilik, bu problemlər mövcuddur. Hətta etirazçılara güc tətbiqinin əleyhinə çıxdı. Ancaq rejim öz bildiyini etdi. Bu da nəticədə günahı kənarda axtarmaq məcburiyyəti yaradıb".
Partiya funksioneri əmindir ki, İranda baş verənlərə Azərbaycanın zərrə qədər təsiri olmayıb: "İran həmin şiə silahlı dəstələrə maliyyə ayırmaq əvəzinə xalqı küçələrə çıxaran sosial problemlərin həllinə o vəsaiti yönəltsin. Həmin silahlı qruplaşmaların liderləri Azərbaycanı ittiham etməkdənsə, İrandakı rejim xalqın səsini eşitsin. Sadəcə, mollaların və onlara yaxın qüvvələrin şakəridir ki, nə olsa xarici düşmən axtarsınlar".
Yaxın Şərq siyasəti üzrə politoloq Rüstəm Tağızadənin fikrincə, İranda yanvarın əvvəlində baş verən etirazlar rejimi devirmədi, lakin vacib bir həddi keçdi:
“Sistemin toxunulmaz olmadığı göstərildi. Məhz bu fonda ABŞ-ın Yaxın Şərqdə hərbi varlığını artırması əsas sualı gündəmə gətirir - daxili destabilizasiya ilə xarici hərbi təzyiq arasında əlaqə varmı, yoxsa bu sadəcə, təhlükəli bir paralellikdir?
Üsyan boğuldu, problem qaldı. Yanvar etirazları sosial-iqtisadi sıxıntılar və perspektivsizlik üzərində formalaşmışdı. Hakimiyyət dalğanı təhlükəsizlik vasitələri ilə yatırdı, lakin legitimlik problemi aradan qalxmadı. Əksinə, sərt reaksiya sistemin özünə inamının zəiflədiyini göstərdi. Bu tip üsyanlar adətən rejimləri dərhal devirmir”.
Onun sözlərinə görə, hazırda Vaşinqtonun əsas tərəddüdü hərbi imkanlarla bağlı deyil: “Həlledici sual İran cəmiyyətinin psixoloji vəziyyətidir. Son qətliamlardan sonra ölkədə dərin depressiya müşahidə olunur, dəfn mərhələsi gedir. Tarixən bu mərhələ iki fərqli istiqamət yaradır: ya qisas hissi ilə yenidən alovlanan küçə, ya da “hər şey bitdi” psixologiyası ilə kollektiv geri çəkilmə. ABŞ məhz bunu ölçür. Xarici zərbə yalnız o halda məntiqli sayılır ki, o, paralel olaraq daxildə kütləvi hərəkətlənməni gücləndirsin. Əks halda, müdaxilə rejimin “xarici düşmən” narrativini möhkəmləndirə bilər. Buna görə indiki pauza hərbi yox, sosioloji müşahidə mərhələsidir”.
Digər xəbərlər
Xəbər lenti
09:53
30-01-2026
30-01-2026
09:49
30-01-2026
30-01-2026
09:44
30-01-2026
30-01-2026
09:36
30-01-2026
30-01-2026
09:21
30-01-2026
30-01-2026
09:11
30-01-2026
30-01-2026
09:00
30-01-2026
30-01-2026
22:11
29-01-2026
29-01-2026
21:48
29-01-2026
29-01-2026
21:18
29-01-2026
29-01-2026
20:43
29-01-2026
29-01-2026
20:33
29-01-2026
29-01-2026
20:16
29-01-2026
29-01-2026
19:44
29-01-2026
29-01-2026
19:34
29-01-2026
29-01-2026
19:14
29-01-2026
29-01-2026
18:51
29-01-2026
29-01-2026
18:31
29-01-2026
29-01-2026
18:21
29-01-2026
29-01-2026
17:49
29-01-2026
29-01-2026
17:33
29-01-2026
29-01-2026
17:17
29-01-2026
29-01-2026
16:53
29-01-2026
29-01-2026
16:23
29-01-2026
29-01-2026
16:00
29-01-2026
29-01-2026
15:46
29-01-2026
29-01-2026
15:30
29-01-2026
29-01-2026
15:17
29-01-2026
29-01-2026
15:00
29-01-2026
29-01-2026
Ən çox baxılanlar
Sahibkarlıq
2026-da qazananlar əvvəl düşünənlərdir
29-01-2026 22:11
/
90
Bazarı izləməyən sahibkar gecikir
29-01-2026 21:48
/
90
Sahibkar üçün 2026 strategiya ilidir
29-01-2026 21:18
/
81
Torpaq, ev, maşın: üçlüyü bilən qazanır
29-01-2026 20:43
/
81
Sahibkarlıqda kiçik addımlar böyük nəticə verir
29-01-2026 20:33
/
99
2026-da düzgün vaxt düzgün qərardan önəmlidir
29-01-2026 20:16
/
90





























