Axtarışa verilən Abbas Abbasov harada gizlənir?
Tarix: Bu gün, 09:37
/
Baxış: 63
Baş nazirin sabiq müavininin illərdir Azərbaycana qayıtmasına qeyri-rəsmi qadağa vardı, onun sığınacağı ölkə bəllidir...
Dövlət Təhlükəsizliyi Xidmətində Ramiz Mehdiyev və digərləri barəsində “dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər” ittihamı ilə istintaqı aparılan cinayət işi üzrə növbəti qərar bəlli olub.
APA xəbər verir ki, cinayət işi üzrə toplanmış materiallar əsasında, baş nazirin sabiq birinci müavini, uzun illər Ramiz Mehdiyevin müdafiəsi nəticəsində məsuliyyətdən kənarda qalmış Abbas Abbasovun qeyd olunan cinayət işi üzrə istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib, ölkə hüdudlarından kənarda olmaqla istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.
2013-cü ildə azərbaycanlı oliqarxların şərti adı “Milyarderlər İttifaqı” (Rusiya Azərbaycan Təşkilatları İttifaqı) olan qurumda birləşməsi, onlara “liderliyi” baş nazirin keçmiş müavini Abbas Abbasovun etməsi çoxlarının yadındadır. Bu təşkilat Moskvanın layihəsi və prezident seçkisi ərəfəsində Azərbaycan hakimiyyətinə qarşı təzyiq kimi qiymətləndirilirdi.
İllərdir Rusiyada yaşayan azərbaycanlı milyarderlərə ən müxtəlif kanallarla yaxın olan, Azərbaycanda isə yalnız kinorejissor kimi tanınan Rüstəm İbrahimbəyovun rəhbərliyi ilə Milli Şura təsis edilməsi və “müxalifətin çiyinlərində” prezidentliyə namizədliyinin elan olunması məhz “Milyarderlər İttifaqı”nın qərarı idi. Qurumun əsas “boss”u kimi baş nazirin sabiq birinci müavini Abbas Abbasov təqdim edilirdi.
Abbas Abbasov 1949-cu il avqustun 4-də Gəncə şəhərində anadan olub. 1973-cü ildən Abşeron rayonunun quşçuluq sənayesi sahəsində baytar həkim, sex rəisi, 1979-1982-ci illərdə Bakı Broyler Fabrikinin direktoru, 1982-ci ildən Özbəkistan Respublikasının quşçuluq təsərrüfatlarında direktor müavini, 1983-1989-cu illərdə Özbəkistan SSR Dövlət Quşçuluq Sənayesi Komitəsi sədrinin müavini, 1989-cu ildən Abşeron Quşçuluq Aqrar-İstehsalat firmasının baş direktoru, 1990-1991-ci illərdə Abşeron Rayon Partiya Komitəsinin birinci katibi, rayon XDS İcraiyyə Komitəsinin sədri, Azərbaycanın Dövlət müşaviri, vəzifələrində işləyib.
1992-ci ildən baş nazirin birinci müavini vəzifəsində çalışıb. 2006-cı ildə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilib. Sonra “AST Şirkətlər Qrupu”nun vitse-prezidenti olub.
Abbas Abbasov 2006-cı ildə “İstiqlal” ordeni ilə təltif edilərək hörmətlə yola salındı. Məxfi strukturlar, xüsusilə kəşfiyyatla yaxınlığı şübhə doğurmayan Abbas Abbasov təməlli Rusiyaya yerləşdi və burada yeni planlar qurmağa başladı. A.Abbasov ötən müddət ərzində müxtəlif qanunsuz yollarla Rusiya Federasiyasında Azərbaycan diaspor strukturlarını ələ keçirib təsir altına salmaq istiqamətində pozucu fəaliyyət aparıb.
Rusiyadakı Azərbaycan diasporu adı altında pərdələnərək anti-Azərbaycan fəaliyyətə keçdi. Amma əlbəttə ki, hakimiyyət dəyişikliyi kimi ciddi planları Azərbaycanın içində dəstək olmadan həyata keçirmək mümkün deyildi. “Milyarderlər İttifaqı” qurmaqla iş bitmirdi - onların Azərbaycanın siyasi müxalifəti ilə əlaqələrini formalaşdırmaq, koordinasiya etmək gərəkirdi. 2013-cü ilin əvvəlində Əli Kərimli və ətrafından ibarət tərkibdə formalaşdırılmış Milli Şuranın rəhbəri Rüstəm İbrahimbəyov da Abbas Abbasovun bilavasitə rəhbərliyi altında “Milyarderlər İttifaqı”nın Koordinasiya Şurasının üzvü olub.
Azərbaycanda qurulmuş Milli Şura ilə heç nəyə nail olmayan Abbas Abbasov 2015-ci ildə Milli Şuranın bağlandığını və özünün də siyasətdən getdiyini elan etdi.
A.Abbasovun Azərbaycana qayıtmaq qadağası var və sabiq vitse-primyer 20 ilə yaxındır “qaçqın həyatı” yaşayır. Abbas Abbasovun oğlu sabiq deputat Aydın Abbasov da uzun illərdir ölkə kənarındadır. Onların bütün bizneslərini Türkiyə və Rusiyada qurduqları iddia olunur. Abbas Abbasov kimi təcrübəli şəxs “Ramiz Mehdiyev işi” üzrə təqsirləndirilən şəxs elan olunacağını əlbəttə ki, proqnozlaşdırıb. Ona görə Rusiyanın himayəsində daha təhlükəsiz olduğun zənn edən Abbasov bu şimal ölkəsindədir.
Digər xəbərlər
Xəbər lenti
11:49
17-12-2025
17-12-2025
11:45
17-12-2025
17-12-2025
10:37
17-12-2025
17-12-2025
10:32
17-12-2025
17-12-2025
10:27
17-12-2025
17-12-2025
10:17
17-12-2025
17-12-2025
09:57
17-12-2025
17-12-2025
09:37
17-12-2025
17-12-2025
09:29
17-12-2025
17-12-2025
09:22
17-12-2025
17-12-2025
09:13
17-12-2025
17-12-2025
09:07
17-12-2025
17-12-2025
09:00
17-12-2025
17-12-2025
22:11
16-12-2025
16-12-2025
21:18
16-12-2025
16-12-2025
20:43
16-12-2025
16-12-2025
20:33
16-12-2025
16-12-2025
19:34
16-12-2025
16-12-2025
18:51
16-12-2025
16-12-2025
18:21
16-12-2025
16-12-2025
17:49
16-12-2025
16-12-2025
17:33
16-12-2025
16-12-2025
17:17
16-12-2025
16-12-2025
16:53
16-12-2025
16-12-2025
16:23
16-12-2025
16-12-2025
Ən çox baxılanlar
Sahibkarlıq
Meyvə və Tərəvəz Sahibkarlığında Davamlılıq: Gələcəyin Biznes Modeli
16-12-2025 22:11
/
189
Bağçılıq Sahibkarlığında Logistika Dəyəri: Məhsulun Satış Uğuru Haradan Başlayır?
16-12-2025 21:48
/
180
Tərəvəzçilikdə Brendləşmə Dövrü: Adi Məhsuldan Tanınan Marka
16-12-2025 21:18
/
135
Meyvəçilikdə Kooperativ Sahibkarlıq: Kiçik Bağların Böyük Gəliri
16-12-2025 20:43
/
126
Tərəvəz Emalı ilə Sahibkarlıq: Tarladan Hazır Məhsula Gedən Yol
16-12-2025 20:33
/
117
Fermer Bağlarından Onlayn Bazarlara: Meyvəçilikdə Rəqəmsal Sahibkarlıq
16-12-2025 20:16
/
117


































