Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto

Baxış: 63
Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto


Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə hərbi bloqer Tofiq Şahmuradov sosial şəbəkə hesabında məlumat yayıb.

O bildirib ki, Ukrayna ordusunun tərkibində döyüşlərdə iştirak edən Samir Rasim oğlu Qasımov aldığı xəsarətlərdən vəfat edib.

S. Qasımov döyüşlərdə fərqləndiyinə görə Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən “Ukraynanın müdafiəsinə görə” medalı ilə təltif olunub.

Mərhum Ukraynanın Mukaçevo şəhərində dəfn olunacaq.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.