Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Metroda qadına qarşı əxlaqsız hərəkətlər edən kişi - Həbs olundu

Baxış: 81
Metroda qadına qarşı əxlaqsız hərəkətlər edən kişi - Həbs olundu


Bakı metrosunda qatarda qadına qarşı əxlaqsız hərəkətlər etmiş şəxs inzibati məsuliyyətə cəlb olunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə dekabrın 8-i metronun “Nərimanov” stansiyasında qeydə alınıb.

Gürcüstan vətəndaşı Mirvari Salmanova (ad-soyadlar şərtidir) qatardan düşərək orada xidmət aparan polislərə yaxınlaşıb. O, qatarda olarkən bir kişinin qeyri-əxlaqi rəftarına məruz qaldığını bildirib.

Qadının göstərdiyi şəxs dərhal polis əməkdaşları tərəfindən saxlanılıb. Onun Neftçala rayon sakini 46 yaşlı Şakir Mürvətov olması müəyyən edilib.

Barəsində inzibati protokol tərtib edilən vətəndaş Nərimanov məhkəməsinə göndərilib.

Məhkəmədəki iclasda iştirak edən zərərçəkmiş qadın tanımadığı şəxsin ona əxlaqsız hərəkətlər etməsi barədə ifadəsini təkrarlayıb: “Həmin şəxs əli ilə mənə toxunurdu. Əvvəlcə bunun səhvən olduğunu düşünsəm də, sonradan bu hərəkətlərin davam etdiyini hiss etdim və həmin kişinin qəsdən etdiyini anladım. Ona qışqıraraq niyə belə etdiyini soruşdum. Bu zaman stansiyada qatardan düşərək uzaqlaşmağa çalışdı. Mən də öz növbəmdə polis əməkdaşına şikayət edərək müvafiq tədbirin görülməsini xahiş etdim. Xahiş edirəm, bu şəxs cəzalandırılsın”.

Ş. Mürvətov isə ifadəsində hər hansı əxlaqsız hərəkətə yol vermədiyini deyib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə o, 15 sutkalıq inzibati həbs edilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.