Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Əbülfəs Qarayevin qızı məhkəməyə verilir

Baxış: 54
Əbülfəs Qarayevin qızı məhkəməyə verilir


Azərbaycan mədəni mühitində son günlərin ən çox müzakirə olunan mövzusu sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qaranın rejissoru olduğu “Məhsəti” filmidir.

Əksəriyyət tarixi şəxsiyyətin erotik məzmunla təqdimatını ümummilli dəyərlərə zərbə sayır. Bu etirazlar təkcə sosial şəbəkə paylaşımları ilə məhdudlaşmır.

Modern.az saytının əldə etdiyi məlumata görə, bir qrup ziyalı və mədəniyyət nümayəndələri Suad Qarayevanı məhkəməyə verməyə hazırlaşır. Qeyd edilir ki, hadisənin hüquqi, mənəvi və siyasi tərəfləri var və bu məsələ təkcə bir filmdən ibarət deyil.

Film XII əsr şairəsi Məhsəti Gəncəvini müasir interpretasiyada təqdim edir. Kadrlar, hərəkətlər, vizual dillə verilən mesajlar klassik qəzəllər müəllifi olan şairənin “azad, sərbəst, erotik” qadın obrazı kimi göstərildiyi barədə narazılıqlar yaradır.

Cəmiyyətin narahatlığını artıran suallar odur ki, tarixi şəxsiyyət çağdaş estetika ilə təqdim oluna bilərmi? Sərbəst təqdimat təhqirlər doğurursa, bu, azadlıqdırmı? Sənət dəyərləri milli dəyərlərdən üstün tutulmalıdırmı?

Əsas narazılıq bir məqam ətrafında cəmlənib. Məhsəti Gəncəvi təkcə qadın yox, qadın təfəkkürünün, Azərbaycan poeziyasının bir simvoludur. Bu məsələ yalnız “film uğurlu və ya uğursuzdur” səviyyəsi deyil. Burada tarixə münasibət, milli yaddaş və müasir incəsənətin hədləri müzakirə olunur.

Azərbaycan qadınının azadlıq simvolu müasir dövrdə seksual obraz kimi təqdim olunması, mədəni irsə hörmətin subyektiv interpretasiya ilə əvəzlənməsi ciddi hiddət doğurub. Bu artıq kinoya yanaşma kim qəbul edilməməlidir, bir kimlik mübahisəsidir.

Məsələnin siyasi və sosial alt qatları da dərinə gedir. Hadisə adi bir rejissorun filmi olsaydı, müzakirələr bəlkə də bu qədər böyüməzdi.

Suad Qara sabiq mədəniyyət nazirinin qızıdır. Bu faktı qaldıranlar iddia edir ki, dövlət irsinə cavabdeh olmuş bir sülalənin, dövlət irsini təhrif edən iş görməsi bütöv bir xalqa təhqir və düşmənçilikdir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.