Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Goranboyda mənzillərin döşəməsi çökdü - Xəsarət alanlar var-YENİLƏNİB-VİDEO

Baxış: 270

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Goranboy şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında uçqun baş verməsi barədə məlumat daxil olub.
FHN Mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Aran Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən, beşmərtəbəli 60 mənzildən və 6 girişdən ibarət yaşayış binasının 2-ci girişinin birinci mərtəbəsində 2 mənzilin döşəməsi və arakəsmə divarlarının uçduğu müəyyən olunub.
FHN-in qüvvələri tərəfindən bina sakinləri təxliyə olunub, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə nəticəsində 4 nəfər yüngül xəsarət alıb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
***
saat 10.07
Goranboyda yaşayış binasının döşəməsin çökməsi zamanı xəsarət alanların adları məlum olub.
APA verdiyi xəbərə görə, xəsarət alanlar bina sakinləri 1951-ci il təvəllüdlü S.Süleymanova və 1966-cı il təvəllüdlü S.Məmmədovadır.
Hazırda xəsarət alan hər iki şəxsin müalicəsi Goranboy Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
***
saat 08.16
Goranboyda yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin döşəməsi çöküb.
Lent.az xəbər verir ki, hadisə Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsində yerləşən 5 mərtəbəli yaşayış binasında qeydə alınıb.
Sözügedən binanın birinci mərtəbəsində yerləşən mənzilin döşəməsinin anidən çökdüyü bildirilir.
Goranboy rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının  sədri Seymur Nazarov bildirib ki, yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin döşəməsinin çökməsi nəticəsində 2 nəfər yüngül xəsarət alıb.
Onun sözlərinə görə hazırda əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb edilib. O həmçinin bina sakinlərinin təxliyə edildiyini deyib.
Hazırda ərazidə  təhlükəsizlik tədbirləri görülür.Goranboyda mənzillərin döşəməsi çökdü -  Xəsarət alanlar var -YENİLƏNİB -VİDEO
Goranboyda binada mənzilin döşəməsi çöküb

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.