
Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin keçmiş köməkçisi Eldar Əmirov həbs olunub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Səbail Rayon Məhkəməsinin qərarı ilə Eldar Əmirov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, E.Əmirov R.Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu vaxt onun köməkçisi olub.
Qeyd edək ki, bu barədə ilk məlumatı Manset.az saytı yayıb. Bildirilib ki, AMEA katibliyinin keçmiş rəisi Əmirov Eldar Qurban oğlu məkhəmənin qərarı ilə Ramiz Mehdiyev işinə görə dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilib.

































