Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ramiz Mehdiyevin cinayət işi üzrə - Yeni detallar məlum oldu

Baxış: 154
Ramiz Mehdiyevin cinayət işi üzrə - Yeni detallar məlum oldu


Ötən həftə dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər və çirkli pulların yuyulması kimi xüsusilə ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyev vəkilləri vasitəsilə aktiv hərəkətə keçib.

“Qafqazinfo”nun məlumatına görə, müdafiəçilər Mehdiyev barəsində hələ ev dustaqlığı qətimkan tədbiri seçilməzdən əvvəl qəbul edilmiş bir sıra qərarlardan apellyasiya şikayəti veriblər. 

Bu məqsədlə onlar Dövlət Təhlükəsizliyi Xidmətindəki (DTX) cinayət işinin materialları ilə, DTX-nin vəsatəti əsasında Səbail Rayon Məhkəməsi tərəfindən çıxarılmış qərarlarla tanış olublar.


Həmin sənədlər arasında Ramiz Mehdiyevin ətrafında kompleks əməliyyat-texniki tədbirlərin keçirilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinin 13 avqust 2025-ci il tarixli qərarı da var. 

Bu qərarın “boz kardinal”ın ifşa olunmasında xüsusi rol oynadığı hesab olunur. Belə ki, rabitə kanalları ilə ötürülən məlumatların ələ keçirilməsi, “Şərq-Qərb” nəşriyyatı və daha sonra digər ünvanlarda aparılan axtarış tədbirləri məhz bu qərar əsasında həyata keçirilib.

Görünür ki, Ramiz Mehdiyev vəkillərinə bu istiqamətdə xüsusi göstəriş verib və müdafiəsinin qurulması üçün mümkün hüquqi addımların atılmasını tapşırıb.

Qeyd edək ki, 87 yaşlı Ramiz Mehdiyev hazırda ev dustaqlığı şəraitində saxlanılır. Ona qarşı irəli sürülən ittihamlar ölkə gündəmini zəbt edib. Cinayət prosesində iştirak edən R.Mehdiyev və ailəsi mahiyyəti yayılmış ittihamı təsdiq və ya təkzib edən hər hansı açıqlama verməyib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.