Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İstanbulda 5 milyonluq oğurluq: Azərbaycanlılar saxlanıldı

Baxış: 115
İstanbulda 5 milyonluq oğurluq: Azərbaycanlılar saxlanıldı


Türkiyənin İstanbul şəhərinin Qaziosmanpaşa rayonunda böyük zərgərlik mağazasından oğurluq edən azərbaycanəsilli qarətçilər 1500 kilometr məsafədə yerləşən Qarsda saxlanılıblar.

Bu barədə "Sabah" qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə 6 oktyabr 2025-ci il tarixində saat 09:15-də baş verib.

Qarətçilər "qızıl dəyişdirmək" adı ilə zərgərlik mağazasına daxil olublar, iş yeri sahibini və işçisini amansızcasına döyüblər, təxminən 4,7 milyon lirə (191 min AZN) dəyərində 1 kiloqram qızıl və təxminən 300 min lirə (təxminən 12 min AZN) nağd pul oğurlayıblar.

Daha sonra kirayə götürdükləri avtomobillə hadisə yerindən uzaqlaşıblar. Onlar saxta şəxsiyyət vəsiqələri ilə sərnişin avtobusuna minərək İstanbulu tərk ediblər. Lakin keçirilən əməliyyat nəticəsində Qarsda ələ keçirilərək İstanbula gətiriliblər.

Şübhəlilər müvafiq prosedurlardan sonra tutularaq həbsxanaya göndəriliblər.

Şübhəli şəxslərin oğurluq etdiyi hadisə anbaan təhlükəsizlik kameralarına əks olunub.

Ələ keçirilən qarətçilərin daha əvvəl də TIR-dan 2,3 milyon lirə (93 min AZN) dəyərində oğurluq etdikləri məlum olub.(axar.az)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.