Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Wi-Fi” sizi gizlicə izləyə bilər - Xəbərdarlıq

Baxış: 161
“Wi-Fi” sizi gizlicə izləyə bilər - Xəbərdarlıq


Karlsrue Texnologiya İnstitutunun alimləri yalnız “Wi-Fi” siqnallarını analiz etməklə insanları izləməyin və identifikasiya etməyin mümkün olduğunu müəyyən ediblər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu texnologiya Tayvanda keçiriləcək ACM Kompüter və Kommunikasiya Təhlükəsizliyi konfransında təqdim olunacaq.

Tədqiqat göstərib ki, “Wi-Fi” cihazları ətraf mühitdə elektromaqnit sahəsi yaradır və bu sahənin təhlili insanların məkan daxilindəki mövqeyini və hərəkətini vizual şəkildə əks etdirməyə imkan verir. Hətta üzərinizdə heç bir cihaz olmasa belə, ətrafdakı “Wi-Fi” qurğuları sizi müəyyən edə bilər.

Alimlər bildirirlər ki, bu texnologiya hər bir routeri potensial izləmə vasitəsinə çevirir. İnsanlar “Wi-Fi” siqnalları vasitəsilə xəbərsiz şəkildə izlənilə və sonradan tanına bilər.

Tədqiqat zamanı 197 nəfər üzərində aparılan testlərdə sistemin insanları 100 faiz dəqiqliklə müəyyən etdiyi məlum olub. Alimlər yeni nəsil “Wi-Fi” standartlarında məxfilik və təhlükəsizlik mexanizmlərinin tətbiqinə çağırırlar.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.