Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Sözlərində təhqir var imiş - Əlavə ekspertlər gələcək

Baxış: 144
Sözlərində təhqir var imiş - Əlavə ekspertlər gələcək


“Şərur” MTK-nın sahibi İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə iclası keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, bugünkü prosesdə iş adamını məhkəməlik edən videomaterialla bağlı ekspert rəyi elan olunub.

İ.Axundovdan “Proqres 2016” MTK-nın hazırda həbsdə olan rəhbəri Emil Səməndərov şikayət verib. Xüsusi ittihamçını məhkəmədə vəkil Asim Abbasov müdafiə edir.

E.Səməndərov barəsində külli miqdarda dələduzluq ittihamı ilə cinayət işi aparılır, lakin hələ yekun hökm çıxarılmayıb. Şikayətində qeyd olunur ki, İ.Axundov verilişlərin birində onu “dələduz” adlandırıb.

Ekspertlər həmin videoçıxışı təhlil edərək İ. Axundovun sözlərində təhqir əlamətlərinin olduğunu müəyyənləşdirib.

Şərurlu İsfəndiyarın vəkilləri isə bu rəylə razılaşmayıb. Onlar Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnsitutundan məhkəməyə ekspert çağırılmasını istəyiblər.  

Xüsusi ittihamçının vəkili Asim Abbasov etiraz etsə də, hakim vəsatəti təmin edib.

AMEA-dan ekspert gələnə qədər proses təxirə salınıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.