
Sahibkartv.az xəbər verir ki, Lənkəran rayonunda baş vermiş faciəli yol qəzası ilə bağlı cinayət işi başlanılıb.
Hadisə ilə əlaqədar Lənkəran Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi (yol hərəkəti qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) üzrə araşdırma aparılır və müvafiq ekspertizalar təyin edilib.
Qeyd olunur ki, ötən gün Quluzadə Vurğun Asif oğlu Lənkəran-Lerik magistral yolunun Şovu kəndi ərazisində idarə etdiyi 10-SV-620 dövlət qeydiyyat nişanlı "Mercedes-Benz C230" markalı avtomobillə yol kənarında hərəkət edən piyadalar – 2017-ci il təvəllüdlü Əlizadə Günay Şamid qızı və 2014-cü il təvəllüdlü Əlizadə Ramid Şamid oğlunu vurub. Təəssüf ki, uşaqlar xəstəxanaya çatdırılarkən həyatlarını itiriblər.



































