Bu gün “Şərurlu İsfəndiyar”ın məhkəməsidir - həbs oluna bilər
Tarix: 18-09-2025, 11:59
/
Baxış: 669
Bu gün, sentyabrın 18-də Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə İsfəndiyar Axundova qarşı xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə prosesi keçiriləcək.
Ötən prosesə “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") vəkili qatılmamışdı.
“Şərurlu İsfəndiyar” Cinayət Məcəlləsinin 147.2 (böhtan) və 148 (təhqir) maddələri ilə ittiham olunmasını əsassız hesab etdiyini bildirib. Xüsusi ittihamçı Emil Səməndərov isə qeyd olunan maddələr üzrə onun təqsirli bilinməsini, cəzalandırılmasını tələb edir. Hakim iş üzrə təyin edilmiş linqivistik ekspertizanın yekunlaşdığı və ekspertizanın rəyinin məhkəməyə daxil olduğu bildirmişdi. Ötən prosesdə təqsirləndirilən İsfəndiyar Axundovun müsahibələrinin birində zərərçəkən Emil Səməndərovu təhqir etdiyini müəyyən etmək üçün linqvistik ekspertizanın keçirilməsi ilə bağlı qərar qəbul olunmuşdu.
Qeyd edək ki, İsfəndiyar Axundov "Proqress 2016 MTK"nın həbsdə olan rəhbəri Emil Səməndərovu dələduz adlandırıb. Buna görə də Emil Səməndərov İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib. O, İsfəndiyar Axundovun qeyd olunan maddələrlə cəzalandırılmasını istəyib.
Xüsusi ittihamçı İsfəndiyar Axundovun azadlıqdan məhrum edilməsini istəyir. "Şərurlu İsfəndiyar" Musavat.com əməkdaşına məhkəmənin gedişatı ilə bağlı fikirlərini açıqlamışdı.
İş adamı demişdi ki, ona qarşı xüsusi ittiham qaydasında verilmiş şikayət üzə özünü günahkar bilmir.
-Xüsusi ittihamçı Emil Səməndərovla sülh yolu ilə razılaşma ehtimalı nəzərdən keçirisiz?
-Hazırda məhkəmə gedir. Mən barışıq təklif etməmişəm, ümumiyyətlə, barışıq söhbəti də olmayıb.
-Emil Səməndərovu xüsusi ittihamla çıxış etməsinə əsas olan ifadəni nə əsasla işlətmisiniz? Bu ifadənin faktiki əsası varmı?
-Məsələ belədir ki, qarşı tərəf haqqında jurnalist məndən müsahibə almışdı. Mövzu həmin şəxsin tikinti şirkətində çalışdığı müddətdə insanların pulunu mənimsəməsi ilə bağlı idi. İddia edirlər ki, mən müsahibədə onu dələduz adlandırmışam. Lakin belə bir hal baş verməyib. Bunu özləri də yaxşı bilirlər. Məhkəmədə çıxışım zamanı “dələduz” sözünü işlətmədiyimi qeyd etmişəm.
-Vəkillərinizin məhkəmə prosesinə gəlməməsinin səbəbi nədir? Bu, müdafiə strategiyanızın bir hissəsidir?
-Məhkəmə prosesində vəkilim xəstəliyi ilə əlaqəli iştirak etməyib. Bu prosesdə mənim 1 vəkilim var, o da xəstə olduğuna görə məhkəmədə iştirak edə bilməyib.
-Xüsusi ittihaam təsdiqini tapsa, sizin barənizidə hətta həbs cəzası çıxarılacağını bilirsiniz?
-Mən özümü günahkar hesab etmirəm. Adam baltalamaq istəyən Ağadadaşı heç bu qədər məhkəməyə çağırmayıblar. Məni isə dəfələrlə məhkəməyə çağırırlar. Nə istəyirlərsə etsinlər, əllərindən gələni etsinlər. Həbsə belə hazıram, artıq bezmişəm.
Digər xəbərlər
Xəbər lenti
17:17
25-05-2026
25-05-2026
16:53
25-05-2026
25-05-2026
16:23
25-05-2026
25-05-2026
16:00
25-05-2026
25-05-2026
15:46
25-05-2026
25-05-2026
15:17
25-05-2026
25-05-2026
15:00
25-05-2026
25-05-2026
14:22
25-05-2026
25-05-2026
13:03
25-05-2026
25-05-2026
12:59
25-05-2026
25-05-2026
12:54
25-05-2026
25-05-2026
12:49
25-05-2026
25-05-2026
12:10
25-05-2026
25-05-2026
12:06
25-05-2026
25-05-2026
12:02
25-05-2026
25-05-2026
11:47
25-05-2026
25-05-2026
11:04
25-05-2026
25-05-2026
11:01
25-05-2026
25-05-2026
10:58
25-05-2026
25-05-2026
09:14
25-05-2026
25-05-2026
09:00
25-05-2026
25-05-2026
15:38
23-05-2026
23-05-2026
15:11
23-05-2026
23-05-2026
14:19
23-05-2026
23-05-2026
13:11
23-05-2026
23-05-2026
Ən çox baxılanlar
Sahibkarlıq
Kənd təsərrüfatında sabit gəlirin yolu əkinçilikdən keçir
25-05-2026 17:17
/
36
Torpağı işlədənlər bazarı idarə etməyə başlayır
25-05-2026 16:53
/
45
Əkinçilik kənd iqtisadiyyatının əsas nəfəsidir
25-05-2026 16:23
/
54
Kənd təsərrüfatında uğurun ilk addımı düzgün əkinçilikdir
25-05-2026 15:46
/
63
Torpaqla işləyən sahibkar niyə gələcəyini daha rahat qurur
25-05-2026 15:17
/
72
Əkinçilik kənd təsərrüfatının görünməyən əsas gücünə çevrilir
25-05-2026 15:00
/
72








































