Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

3 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza ilə bağlı cinayət işi BAŞLANDI

Baxış: 163
3 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza ilə bağlı cinayət işi BAŞLANDI


Bakıda yük avtomobilin minik avtomobilin üzərinə aşması səbəbindən 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.
Sahibkartv.az-ın məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib. 
Qeyd edək ki, sentyabrın 6-da Binəqədi rayon ərazisində 1976-cı il təvəllüdlü Əbdülov Vahid Vaqif oğlunun idarə etdiyi "DAF" markalı hərəkətdə olan zaman körpünün üzərindəki sərt döngədə idarəetməni itirərək körpüdən aşıb.
Aşma nəticəsində yolda işıqforun qırmızı işığında gözləməkdə olan 1978-ci il təvəllüdlü İbrahimov Yusif İbrahim oğlunun idarə etdiyi "Changan" markalı avtomobilin üzərinə düşüb. Hər iki avtomobilin sürücüsü, habelə hadisə zamanı "Changan" markalı avtomobildə sərnişin qismində olan 1982-ci il təvəllüdlü Hacıyev Abdulla Əkrəm oğlu ölüblər.
Bundan başqa, hadisə zamanı 92 saylı avtobusda olan 2000-ci il təvəllüdlü Ağayeva Lalə Zeynal qızı və 2002-ci il təvəllüdlü Nəcəfova Fidan Namiq qızı döş qəfəsinin küt travmaları ilə xəstəxanaya yerləşdirilib. İlkin tibbi müayinə göstərildikdən sonra evə buraxılıblar.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.