Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"WhatsApp"da ciddi boşluq: Telefonunuz izlənə bilər

Baxış: 133
"WhatsApp"da ciddi boşluq: Telefonunuz izlənə bilər


"WhatsApp" və "WhatsApp Business" tətbiqlərində aşkar olunan texniki boşluq istifadəçiləri təhlükəli vəziyyətə salıb.

Milli.az xəbər verir ki, mütəxəssislər hesab edir ki, bəzi istifadəçilər artıq kibercinayətkarların hədəfinə çevrilə bilər.

ABŞ Milli Zəifliklər Repozitoriyasına görə, bu boşluq "iOS" və "macOS" sistemlərinə təsir edir və əlaqəli cihazların sinxronizasiyası zamanı natamam avtorizasiya ilə bağlıdır. Hakerlər bu zəiflikdən istifadə edərək cihazlarda URL məzmununu istismar edə bilirlər.

"Meta" bu problemi 10 ballıq şkala ilə 5,4 balla qiymətləndirib. ABŞ Kibertəhlükəsizlik Agentliyi isə təhlükə səviyyəsini 8 bal olaraq dəyərləndirib ki, bu da yüksək risk kateqoriyasına aiddir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.