Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Sumqayıtda qazilər arasında silahlı insident

Baxış: 187
Sumqayıtda qazilər arasında silahlı insident


Avqustun 19-da Sumqayıt şəhəri ərazisində silahlı insidentlə müşayiət olunan və ictimai asayişin kobud şəkildə pozulması ilə nəticələnən xuliqanlıq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, hadisə zamanı Abşeron rayon sakini 35 yaşlı İlkin Seyidzadə aralarında yaranan şəxsi münaqişə zəminində tanışı Sumqayıt şəhər sakini 43 yaşlı Mahir Məmmədovu döyüb.

Daha sonra M.Məmmədov özündə olan ov tüfəngi ilə atəş açaraq İ.Seyidzadəyə məxsus “Toyota Prado” markalı avtomobilin təkərlərini yararsız hala salıb və silahla nəqliyyat vasitəsinin ön qapısını əzərək onun maşından düşməsini tələb edib.

M.Məmmədov Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və ondan 1 ədəd hadisəni törədən zamanı istifadə etdiyi tüfəng aşkar olunaraq götürülüb. İ.Seyidzadənin M.Məmmədovu döyməsi faktı ilə bağlı da əlavə araşdırma aparılır.

“Qafqazinfo”​nun əldə etdiyi məlumata görə, insidentdə iştirak edən hər iki şəxs 2-ci Qarabağ müharibəsi qazisidir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.