Azərbaycanda güclü zəlzələ gözlənilir? - AÇIQLAMA
Tarix: 11-08-2025, 11:02
/
Baxış: 225
Həm Azərbaycan, həm qardaş Türkiyənin ərazisi seysmik baxımdan aktiv bölgədir. Ümumilikdə region özü seysmik bölgədir. Bu səbəbdən də vaxtaşırı region ölkələrində maqnutidası 3-4, bəzən 5-6 və 6-dan yuxarı olan zəlzələlər qeydə alınır.
Bu sözləri Trend-in sorğusuna cavab olaraq Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron Xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.
O bildirib ki, qardaş Türkiyə ərazisində aktivlik son illər xeyli artıb:
"Bu baxımdan da 6 fevral 2023-cü ildə Kahramanmaraşda baş verən zəlzələdən sonra orda aktivlik müşahidə olunur. Bir müddət əvvəl Mərmərə dənizində də güclü zəlzələ qeydə alınmışdı və bu zəlzələ İstanbulda və ətraf ərazilərdə güclü hiss edilmişdi. Bu baxımdan da yenə hər zaman söylədiyimiz fikrə qayıtmaq istəyirəm ki, zəlzələnin dəqiq proqnozu yoxdur. Bu baxımdan da heç kim birmənalı şəkildə zəlzələnin dəqiq yeri, gücü və vaxtı ilə bağlı proqnoz verə bilməz. Sadəcə seysmoloqlar daimi aparılan müşahidələrin və kompleks tədqiqatların nəticəsi olaraq hansısa bölgədə aktivləşmənin artdığını müəyyən edə bilirlər. Amma yenə də bu aktivləşmə zəif zəlzələlərə səbəb olacaq, ya güclü hiss olunan zəlzələ baş verəcək kimi proqnozlaşdırmaq mümkün deyil. Ona görə də seysmik zonalarla bağlı heç kim dəqiq proqnozu vermək anlamında birmənalı şəkildə deyə bilməz ki, zəlzələ olacaq, yaxud zəlzələ olmayacaq".
O qeyd edib ki, seysmik bölgələrdə vaxtaşırı zəif və zəif hiss edilən zəlzələlərin qeydə alınması mümkündür və bu ərazinin geodinamik şəraiti ilə bağlıdı.
"Azərbaycana gəlincə isə deyə bilərəm ki, ölkəmizdə də seysmik bölgələr var və bu günə qədər maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər qeydə alınıb. Maqnitudası 4 və 4-dən yuxarı olan zəlzələlər arasında zəif hiss olunanlar da olub. Ümumiyyətlə zəlzələnin hiss olunması və yer səthinə təsiri ocağın yerləşdiyi dərinlik və gücündən asılıdır. Qardaş ölkədə baş verən zəlzələnin Azərbaycana təsirinə gəlincə isə, bu barədə narahatlığa əsas yoxdur. Həm məsafə baxımdan, həm də ərazinin geoloji quruluşu baxımdan hər hansı təsiri yoxdu",- deyə şöbə müdiri vurğulayıb .
Digər xəbərlər
Xəbər lenti
14:06
05-12-2025
05-12-2025
13:38
05-12-2025
05-12-2025
12:40
05-12-2025
05-12-2025
12:27
05-12-2025
05-12-2025
11:31
05-12-2025
05-12-2025
10:59
05-12-2025
05-12-2025
10:52
05-12-2025
05-12-2025
10:20
05-12-2025
05-12-2025
10:05
05-12-2025
05-12-2025
09:56
05-12-2025
05-12-2025
09:41
05-12-2025
05-12-2025
09:33
05-12-2025
05-12-2025
09:00
05-12-2025
05-12-2025
21:18
04-12-2025
04-12-2025
19:14
04-12-2025
04-12-2025
18:31
04-12-2025
04-12-2025
17:49
04-12-2025
04-12-2025
17:33
04-12-2025
04-12-2025
16:53
04-12-2025
04-12-2025
Ən çox baxılanlar
Sahibkarlıq
“Toxumdan Ticarət Rafına: Kənd Sahibkarlığının Gələcək Yolu Rəqəmsallaşır”
04-12-2025 22:11
/
135
“Heyvandarlıqdan Premium Ət Brendinə: Fermer Sahibkarların Yeni Gəlir Modeli”
04-12-2025 21:48
/
108
“Balıqçılıqda Sahibkarlıq İnqilabı: Dənizdən Birbaşa Brend Masasına”
04-12-2025 21:18
/
117
“Kənd Tərəvəzindən Premium Qida Satışına: Fermer Sahibkarlığında Dəyişən Trendlər”
04-12-2025 20:43
/
117
“Meyvə Yığımını Təbii Brendə Çevirən Sahibkar Fermerlərin Yeni Bazarı”
04-12-2025 20:33
/
126
“Əkin Biçinindən Brend Məhsula: Sahibkarlığın Kənddən Başlayan Dəyişimi”
04-12-2025 20:16
/
144


































