Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günü qeyd olunub, xatirə muzeyi açılıb

Baxış: 297
Milli Qəhrəman Hökumə Əliyevanın doğum günü qeyd olunub, xatirə muzeyi açılıb


Samux rayonunun Alıuşağı kəndində Milli Qəhrəman Hökumə Əliyevanın doğum günü qeyd edilib, xatirə muzeyinin açılışı olub.

 "Report" məlumatına görə, Samux rayonunun Alıuşağı kəndində Milli Qəhrəman Hökümə Əliyevanın doğum günü münasibətilə tədbir təşkil olunub.

Həmçinin H.Əliyevanın ailəsinin təşəbbüsü ilə kənddə Milli Qəhrəmanın xatirəsinə yaradılan muzeyin açılış mərasimi keçirilib.

Qeyd edək ki, yaşasaydı, avqustun 8-də Hökümə Əliyevanın 34 yaşı tamam olacaqdı. Milli Qəhraman xanım əslən Kəlbəcər rayonunun Susuzluq kəndində anadan olub. O, 1993-cü ildə Kəlbəcər rayonunun işğalından sonra ailəsi ilə birlikdə Samux rayonunun Alıuşağı kəndində məskunlaşıb. Sonra ailə quraraq Bakı şəhərində yaşamağa başlayıb. H.Əliyevanın valideynləri və qardaşı hazırda Samux rayonunun Alıuşağı kəndində yaşayırlar.

Xatırladaq ki, Hökumə Əliyeva dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olub. Prezident İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Hökumə Cəlil qızı Əliyeva “Azərbaycanın Milli Qəhrəmanı” adına və “Qızıl Ulduz” medalına layiq görülüb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.