Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda faciə: 7 ölü var - ADLAR

Baxış: 152
Azərbaycanda faciə: 7 ölü var - ADLAR


Şəmkirdə ağır yol qəzası baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayon Dəllər Cəyir kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakıdan Qazax istiqamətində hərəkətdə olan "Mercedes" markalı mikroavtobusun yük maşınına çırpılması nəticəsində 7 nəfər ölüb, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Ölənlər - 1992-ci il təvəllüdlü Bayramov Şadət, Bəsti Nəbiyeva, (1975) Aydın Pənahov (1977) Bakı, Qızxanım Tomayeva (1962), Kənan Məmmədov (2008), Fəxriyyə Novruzova (1978) və 1966-cı il təvəllüdlü Bağırov Arifdir.

Xəsarət alanlar isə, 1975-ci il təvəllüdlü Şahniyar Pənahova, 1969-cı il təvəllüdlü Kamran Məmmədov, 2004-ci il təvəllüdlü Nərmin Əliyeva, 1995-ci il təvəllüdlü Məcid Qəribov və 1970-ci il təvəllüdlü Bəkinaz Gözəlovadır.

Faktla bağlı araşdırma aparılır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.