Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Astarada azadlığa çıxan kişi dərhal həbs edildi

Baxış: 185
Astarada azadlığa çıxan kişi dərhal həbs edildi


Astara rayonunda azadlığa çıxan 45 yaşlı kişi yenidən həbs edilib.

oxu.az xəbər verir ki, rayon sakini, 1980-ci il təvəllüdlü Həsən Zöhrabov (ad və soyad şərtidir) saxlanılıb və 10 sutka inzibati qaydada həbs edilib. O, Astara Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilib.

10 sutka başa çatandan sonra H.Zöhrabov müvəqqəti saxlama yerindən azad edilib. Amma onun azadlığı bir neçə dəqiqə çəkib. Həsən həbsdən azad olunarkən şöbənin inzibati binasında polis əməkdaşlarını təhqir edib. O, şöbə əməkdaşlarına - "utanmazlar, məni heç nədən həbs etdilər", - deyərək ətrafdakılara təhqiredici ifadələr işlədərək səs-küy salıb. Polis əməkdaşları onu sakitləşməyə çalışsalar da, o, yenidən əməllərinə davam edib. H.Zöhrabov yenidən saxlanılıb və barəsində təkrar inzibati protokol tərtib edilib.

Astara Rayon Məhkəməsinin qərarı ilə H.Zöhrabov yenidən 15 sutka inzibati həbs edilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.