Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İranı tərk edən 29 nəfərlik italyan qrupu Azərbaycana gəlib

Baxış: 179
İranı tərk edən 29 nəfərlik italyan qrupu Azərbaycana gəlib


İtaliyanın 29 vətəndaşı quru yolu ilə İranı tərk edərək Azərbaycana gəlib.

 APA xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tajani bildirib.

Nazir qeyd edib ki, bu prosesdə mühüm işlər görülüb və bu xüsusda Tehran və Bakıdakı İtaliya səfirliklərinə, eləcə də İtaliya Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Farnesina Böhran Bölməsinə təşəkkür edilir.

Antonio Tajani bildirib ki, bölgədə yaşayan İtaliya vətəndaşlarının təhlükəsizliyini təmin etmək istiqamətində fəaliyyətlər davam etdirilir: “Onlar heç vaxt İtaliya dövlətinin tam dəstəyindən məhrum olmayacaqlar.”

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.