Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Sərxoş sərnişin avtobusun şüşəsini sındırdı

Baxış: 207
Sərxoş sərnişin avtobusun şüşəsini sındırdı


Bakıda ictimai nəqliyyatda xuliqanlıq hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, mayın 17-si saat 22:25 radələrində sərxoş vəziyyətdə olan sərnişin 65 saylı marşrut avtobusunun şüşəsini sındırıb. Belə ki, orta yaşlı şəxs avtobus Yasamal rayonu Tbilisi prospektində hərəkətdə olarkən qapıya yaxınlaşaraq nəqliyyat vasitəsinin dayanmasını tələb edib və şüşəni sındırıb.

Həmin şəxs avtobusdan düşərək heç nə olmamış kimi yoluna davam edib.

Məsələ ilə bağlı DİN-in “102” xidmətinə məlumat verilib. Faktla bağlı Yasamal RPİ-nin 27-ci Polis Bölməsində araşdırma aparılır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.