Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ramiz Mehdiyevin qızı “təslim olmur”

Baxış: 195
Ramiz Mehdiyevin qızı “təslim olmur”


Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva “Baku Oksford Məktəbi”ində pay uğrunda mübarizəni sona qədər aparmaq niyyətindədir.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, apellyasiya instansiyasından istədiyi nəticəni ala bilməyən Əliyeva indi də Ali Məhkəməyə üz tutub.

Mehdiyevin qızı apellyasiya instansiyasının qərarının ləğv edilməsini, “Baku Oksford Məktəbi”nin 1/2 hissəsinin onun əmlakı kimi tanınmasını istəyir.

Son qərarı Ali Məhkəmə verəcək.

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsi şikayəti əsassız sayıb. Qərarda deyilir ki, Məktəb “Baku Steel Company”dən mənimsənilən pullar hesabına tilkilib. Bu səbəbdən nə Kamilə Əliyeva, nə də məktəbin təsisçisi Mehriban Məmmədova əmlak üzərində mülkiyyət hüququna malikdir.

Xatırladaq ki, “Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Ona xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə 13 il 9 ay həbs cəzası verilib. Məmmədovun özünün və yaxınlarının milyonlarla manat dəyərində əmlakı, o cümlədən “Baku Oksford Məktəbi” də müsadirə olunub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.