Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Səhifə yaradıb dələduzluq etdi

Baxış: 173
Səhifə yaradıb dələduzluq etdi


Sosial şəbəkələrdə kiberdələduzluq edən şəxs saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki,  polisin İsmayıllıda keçirdiyi tədbirlərlə sosial şəbəkədə qazanc əldə etmək adı ilə vətəndaşı aldadaraq pulunu ələ keçirən 30 yaşlı Ceyhun Məmmədov saxlanılıb.

Bildirilib ki, o, instaqramda “medine.invest” adlı səhifə yaradaraq müraciət edən şəxslərə kiçik yatırımlarla daha çox qazanc əldə etmək kimi şirnikləndirici vədlər verib. C.Məmmədov barəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, polis dəfələrlə vətəndaşlara müraciət edərək sosial şəbəkələrdə qarşılaşdıqları və iqtisadi əsaslara söykənməyən piramida dələduzluq sxemlərinə, həmçinin yatırım adı altında şişirdilmiş qazanc vəd edən elanlara inanmamağa çağırıb.

<embed width="100%" height="480" src="https://qafqazinfo.bax.tv/embed/207162.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar" frameborder="0" webkitAllowFullScreen mozallowfullscreen allowFullScreen></embed>

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.