Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“TikTok”da gördüyü elan başına bəla oldu

Baxış: 191
“TikTok”da gördüyü elan başına bəla oldu


Paytaxt sakini Telli Atakişiyeva dələduzluğun qurbanı olduğunu iddia edir. 

“Xəzər Xəbər” xəbər verir ki, o, “Tik Tok” platformasından tanıdlığı şəxslə avqust ayında əlaqə saxlayıb. İki ay sonra işin hazır olacağı deyilsədə 8 aydır ortalıqda mebel yoxdur:

“Anam “Tik Tok”da bir neçə şirkətlərə baxmışdı. Hamısı yüksək qiymətlər dedi. Bu şəxs səhifəsində canlı açırdı. Anam dedi ki, əl işlərini çox bəyənir. Bununla danışıb razılaşdıq. Bir neçə dəfə evə gəldi, ölçü götürdü. Bu şəxs isə bütün ev üçün 9 min manat demişdi. Dedi ki, “beh atacaqsınız və onun müqabilində iş görəcəm”.  Mən də bildirdim ki, gedib sexə baxaq. O da dedi ki, “narahat olmayın sex də, iş yerimiz də var. Sizə kartımı və şəxsiyyət vəsiqəmi də atacam”. 

Bundan sonra zərərçəkən mebel hazırlayacağına dair söz verən şəxsin kartına 4900 manat ödəniş edib. Telli Atakişiyeva deyir ki, həmin şəxs anasının evindədə mebel yığacağını deyib. Ondan da 200 manatını aldıqdan sonra yoxa çıxıb. İndi onların nə zənglərinə cavab verir, nədə mesajlarına...

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, vətəndaşın müraciəti əsasında ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılıb.

Araşdırmanın nəticəsinə əsasən məsələnin mülki xarakterli olması müəyyən edildiyindən aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.