Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qaxa 75 sm qar yağdı

Baxış: 206
Qaxa 75 sm qar yağdı


Martın 1-i saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, hazırda ölkə ərazisində qarlı və şaxtalı hava şəraiti davam edir.

Qar örtüyünün hündürlüyü Qaxda (Sarıbaş) 75, Şamaxıda 45, Mingəçevir və Qəbələdə 44, Altıağacda 38, İsmayıllı, Lerik və Oğuzda 36, Şəkidə 34, Xaltanda 28, Qubada 27, Zaqatalada 22, Qobustanda 19, Ağsuda 18, Balakəndə 16, Şahbuzda 15, Qusarda 13, Xınalıqda 12, Bakıda və Abşeron yarımadasında 10, Gədəbəy və Daşkəsəndə 9, Kəlbəcər, Laçın və Qubadlıda 7, Şabran və Göygöldə 6, Şuşada 5, Xankəndi, Xocalı, Göyçay və Lənkəranda 3, Yevlax, Füzuli, Tərtər, Xaçmaz və Sədərəkdə 2, Sabirabad, Şəmkir, Kürdəmir, Naftalan, Goranboy, Gəncə, İmişli və Salyanda 1 sm-dir.

Sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyinin sürəti Bakıda və Abşeron yarımadasında 21 m/s, Naftalan, Goranboy və Mingəçevirdə 23 m/s, Neftçalada 20 m/s, Tərtərdə 18 m/s-dək güclənib.

Dənizdə dalğanın hündürlüyü 3.8 metrdir.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 3, Naxçıvan MR-da 10, dağlıq rayonlarda 20 dərəcəyədək şaxta qeydə alınıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.