Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Hücumlar zamanı dövlət əhəmiyyətli məlumatlar sızdırılıb? - Açıqlama

Baxış: 218
Hücumlar zamanı dövlət əhəmiyyətli məlumatlar sızdırılıb? - Açıqlama


Xəbər verdiyimiz kimi, son günlərdə Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücumlar edilir. Açıqlamalarda qeyd olunur ki, bu DDoS hücumudur.

texnobloger Fərid Pərdəşünas DDoS hücumunun mahiyyətinə aydınlıq gətirib:

“Bu hücumun əsas məqsədi hədəfə alınan sayta çox sayda IP (botnet şəbəkədən) yönəltməklə, saytı yükləmək və əlçatanlığını dayandırmaqdır. 

Yəni bu hücumlar nəticəsində serverlərə giriş, məlumatların oğurlanması və çıxarılması baş vermir. Son 2 gündə olan hücumlar da məhz dediyim DDoS növündəndir. Bəzi media qurumları xəbəri doğru tirajlamırlar və elə anlaşılır ki, dövlət əhəmiyyətli məlumatlar sızdırılıb”, - deyə o əlavə edib.

Qeyd edək ki, son günlərdə AzTV, ASAN Xidmət, Müdafiə Nazirliyi, Maliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi  və 25-dən çox dövlət qurumunun rəsmi saytları kütləvi DDOS hücumlarına məruz qalıb. 

Onu da əlavə edək ki, eyni zamanda bir neçə gün əvvəl bir sıra yerli KİV isə peşəkar şəkildə təşkil olunmuş, planlaşdırılmış kiberhücumə məruz qalıb. Açıqlamalarda bu hücumun adi DDoS hücumu olmadığı vurğulanıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.