Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Zəngəzurda işçilər arasında kütləvi dava - Silahlar işə düşdü

Baxış: 169
Zəngəzurda işçilər arasında kütləvi dava - Silahlar işə düşdü


Zəngəzur mis-molibden zavodunda işçilər arasında silahdan istifadə etməklə dava düşüb.

erməni mediası xəbər verir ki, silahlı dava zavodda tətil edən işçilərlə tətilə qarşı çıxanlar arasında baş verib. İşə çıxmağa tərəfdar olanlar tətil edənlərin üzərinə odlu silah və bıçaqla hücum edib. Nəticədə bir neçə nəfər xəsarət alıb. 

Davanı sakitləşdirmək üçün hadisə yerinə polis çağrılıb. Polis 10-nəfərdək insanı saxlayıb.

Qeyd edək ki, zavodun 700-dən çox əməkdaşı bir neçə gündür əməkhaqqının 50% artırılması tələbi ilə tətil edirlər və rəhbərlik bunu qəbuledilməz hesab edir. Tərəflər arasında danışıqlar davam edir.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.