Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Tarix: 27-11-2024, 16:00
/
Baxış: 315
Cəbhə bölgəsi olan ərazilərin dövlət təhlükəsizliyi üçün necə mühüm olduğu bir daha təsdiqləndi
Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Verdiyevin həbsi cəbhə bölgəsi olan ərazilərə səfərlərin dövlət təhlükəsizliyi üçün necə mühüm olduğunu təsdiqlədi.
Xatırladaq ki, Baş Prokurorluğun məlumatında bildirilib ki, istintaqla, işğaldan azad olunmuş ərazilərə noyabrın 22-də təşkil olunmuş mediaturda hərbi-ekspert qismində iştirak etmiş Ədalət Verdiyev Azərbaycan Ordusunun döyüş məntəqələrinin yerləşdiyi yüksəklikləri, sərhəd qoşunlarının dislokasiyası yerlərini, koordinatlarını və əməliyyat şəraitini nümayiş etdirib şərhlər verməklə videoçəkiliş apardıqdan sonra həmin videonu özünə məxsus sosial şəbəkədə yayıb. Bununla da dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurub. Ədalət Verdiyev Cinayət Məcəlləsinin 284.1 (dövlət sirrini yayma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində barəsində həbs-qətimkan tədbiri seçilib.
O da qeyd edilməlidir ki, mediaturlar təşkil ediləndə bu cür məsələlərə diqqət etmək vacibdir, hər şeydən öncə iştirakçılara hansı bilgiləri verilməməsi diqqətlərinə çatdırılmalıdır.
Rövşən Məhərrəmov
Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polisinin keçmiş rəisi, polkovnik Rövşən Məhərrəmov mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, tək hərbçilər deyil, Azərbaycanın sərhəd ərazisində yerləşən mülki insanlar da diqqətli olmalıdır. Ərazilərin videosu və fotosu çəkilməməlidir: “Həmin fotolara strateji əhəmiyyət kəsb edən obyektlər də düşə bilər. Hərbçilərimiz bu məsələdə nizamnamə qaydalarına riayət etməlidirlər. Qanunlardan kənara çıxmaq qətiyyən olmaz. Hərbi hissələrin yerləşdikləri yerlər, strateji obyektlər, postlar ictimaiyyətə göstərilməməlidir. Çünki bu görüntülərə tək Azərbaycan xalqı baxmır, düşmən də xəbərləri oxuyur, izləyir. Düşmənin gözü bizdədir. Tək Ermənistanın deyil, digər dövlətlərin də Azərbaycanda marağı var. Onlara da hərbi hissələrin harada dislokasiya olunduğu maraqlıdır. Buna görə də hərbçilər və ehtiyatda olan hərbçilər qanunda nə yazılıbsa, onu etməlidirlər. Kiçik səhv böyük fəlakətə səbəb ola bilər. Sərhəd rayonlarında yaşayanlar xüsusilə məlumatlandırılmalıdır. İşğaldan azad olunmuş ərazilərə səfər edənlərə də xəbərdarlıq edilməli, onlar bilgiləndirilməlidir. Əgər bir adam hərbçidirsə, hərbi məlumatlarla bağlı bilgilidirsə, o, xüsusən diqqətli olmalıdır. Çünki hərbi hissələr ictimaiyyətə bağlı məkandır. Mən xidmətdə olarkən də kimsə hərbi hissənin şəklini çəkirdisə, saxlayıb araşdırırdım. Çünki birinci hərbi hissənin şəklini çəkmək olmaz, ikincisi isə hər kəs xoş niyyətli deyil. Biz diqqətli olmalıyıq, bu gün bizim Ermənistan kimi düşmənimiz var. Sərhəddə bizi xoşlamayan, daxilən qəbul etməyən qonşularımız var. Onların əlinə sirr vermək olmaz. Hərbi hissələrin rəhbərləri bu məsələləri nəzarətə götürməlidir, o insanlara izah etməlidirlər.
Bu mövzuda sosial şəbəkələrdə, mətbuatda ciddi maarifləndirmə aparılmalıdır".
Digər xəbərlər
Xəbər lenti
14:22
09-01-2026
09-01-2026
14:00
09-01-2026
09-01-2026
13:13
09-01-2026
09-01-2026
12:12
09-01-2026
09-01-2026
12:06
09-01-2026
09-01-2026
11:27
09-01-2026
09-01-2026
11:24
09-01-2026
09-01-2026
11:19
09-01-2026
09-01-2026
10:58
09-01-2026
09-01-2026
10:54
09-01-2026
09-01-2026
10:48
09-01-2026
09-01-2026
10:36
09-01-2026
09-01-2026
09:42
09-01-2026
09-01-2026
09:20
09-01-2026
09-01-2026
09:14
09-01-2026
09-01-2026
09:11
09-01-2026
09-01-2026
09:08
09-01-2026
09-01-2026
09:00
09-01-2026
09-01-2026
21:48
08-01-2026
08-01-2026
21:18
08-01-2026
08-01-2026
20:43
08-01-2026
08-01-2026
20:33
08-01-2026
08-01-2026
20:16
08-01-2026
08-01-2026
19:44
08-01-2026
08-01-2026
Ən çox baxılanlar
Sahibkarlıq
“2026-cı İldə Maşın Ticarəti ilə Biznes Qurmaq: Köhnə Qaydalar İşləmir”
08-01-2026 22:11
/
99
“Maşın Bazarı 2026: Sahibkarlar Üçün Yeni Qazanc Psixologiyası”
08-01-2026 21:48
/
81
“2026 Avtomobil Ticarəti: Satmaq Yox, Dəyər Yaratmaq Dövrü”
08-01-2026 21:18
/
90
“Maşın Alqı-Satqısı 2026-cı İldə Peşəkar Sahibkarlığa Çevrilir”
08-01-2026 20:43
/
90
“2026-da Avto-Bazarda Qazanmaq: Sahibkarlıq Düşüncəsi Olmadan Olmur”
08-01-2026 20:33
/
108
“Yeni Nəsil Maşın Satıcıları: 2026-cı İl Sahibkarlıq Dəyişikliyi”
08-01-2026 20:16
/
99





























