Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Paşinyan: "Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır"

Baxış: 252
Ermənistanın Baş nazir Nikol Paşinyan bəyan edib ki, Ermənistan və Azərbaycan tezliklə sülh sazişi bağlamalıdır.
Sahibkartv.az Tass-a istinadən xəbər verir ki, Paşinyan "Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır" deyib.
Baş nazir həmçinin bəyan edib ki, İrəvan və Bakı aprelin 30-dək sərhədin delimitasiyası komissiyasının üzvlərini təyin etməlidir.
Dünən müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev deyib:
"Bildiyiniz kimi, Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif vermişdir və Ermənistan tərəfi də bu təklifə müsbət yanaşmışdır və Brüssel görüşünə qədər artıq bu açıqlamalar verilmişdir. Brüssel görüşündə isə mən bunu özüm üçün, sadəcə olaraq, daha da yəni, aydınlaşdırmaq istəyirdim və aydınlaşdırdım ki, Ermənistan 5 prinsipi qəbul edir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.