16:14 / 18-01-2025
16:00 / 18-01-2025
15:29 / 18-01-2025
15:27 / 18-01-2025
13:35 / 18-01-2025
12:30 / 18-01-2025
12:21 / 18-01-2025
12:17 / 18-01-2025
11:26 / 18-01-2025
11:14 / 18-01-2025
11:10 / 18-01-2025
10:18 / 18-01-2025
10:18 / 18-01-2025
10:13 / 18-01-2025
10:07 / 18-01-2025
22:14 / 17-01-2025
21:46 / 17-01-2025
21:17 / 17-01-2025
21:00 / 17-01-2025
20:45 / 17-01-2025
20:43 / 17-01-2025
20:24 / 17-01-2025
20:00 / 17-01-2025
19:41 / 17-01-2025
19:30 / 17-01-2025
19:19 / 17-01-2025
19:00 / 17-01-2025
18:52 / 17-01-2025
18:23 / 17-01-2025
Dövlət şirkəti "AzerGold" QSC-nin törəmə şirkəti olan “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti "Cənub-şərq dəmir filizi mədənində üstaçma, partlayış və süxur daşıma işlərinin satın alınması" üçün tenderi yekunlaşdırıb.
Sahibkartv.az xəbər verir ki, qalib şirkət "Azeri Mining Group" Məhdud Məsuliyyətli Cəmiyyətidir.
“Daşkəsən Dəmir Filiz” şirkəti "Azeri Mining Group" şirkətilə məbləği 118 milyon 948 min manat olan müqavilə imzalayıb.
Məlumat üçün deyək ki, “Azerimining Group” MMC 2018-ci ildən etibarən dağ-mədən sənayesi sahəsində fəaliyyət göstərir. Şirkət respublikamızın regionlarında üstaçma, qazma, partlayış, süxurdaşıma, rekultivasiya və digər işləri icra edir.
Xatırladaq ki, "Daşkəsən Dəmir Filiz" 2020-ci ilin dekabr ayında ölkə ərazisində dəmir filizi yataqları üzrə fəaliyyətin təşkil edilməsi məqsədilə yaradılıb. Məqsəd səhmdar cəmiyyətinin irimiqyaslı layihələrindən biri olan “Daşkəsən” dəmir filizi sahəsinin yenidən istismara verilməsi ilə ölkə iqtisadiyyatı, o cümlədən bölgənin inkişafına əlavə töhfə verməkdir. Onun nizamnamə kapitalı 38 milyon 601 min manatdır.
Bölməyə aid digər xəbərlər