Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycandan göndərilən 432 tondan çox pomidor Rusiyaya buraxılmayıb

Baxış: 292
Azərbaycan və İrandan Rusiya Federasiyası ərazisinə karantin təhlükəli obyektlərə yoluxmuş 36 partiya bitkiçilik məhsullarının idxalına icazə verilməyib.
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") yaydığı məlumatda bildirilir ki, bu ilin mart ayında Rusiyaya idxal edilən 65 919,2 min ton təzə meyvəyə və tərəvəz məhsullarına nəzarət tədbirləri icra olunub.

Rusiya dövlət sərhədində yerləşən “Yaraq-Qazmalar” buraxılış məntəqəsində Azərbaycan və İrandan idxal zamanı 38708,3 ton tərəvəzə (pomidor, kartof, badımcan, kahı, göyərti, kələm və s.) və 27 210,9 ton meyvə məhsullarına (alma, kivi, portağal, bostan bitkiləri və s.) ilkin fitosanitar baxış həyata keçirilib.
“Rosselxoznadzor”un Qafqaz Regionlararası İdarəsinin dövlət müfəttişləri bitkiçilik məhsullarının 36 (25-i Azərbaycandan, 11-i isə İrandan) kommersiya partiyasının Rusiya Federasiyası ərazisinə idxalına icazə verməyiblər.
Qadağan olunan məhsullar arasında Azərbaycandan 432,5 ton həcmində təzə pomidor, İrandan isə 129,8 ton həcmində Pekin kələmi, aysberq salatı və kahı olub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.