Day, Month 00, Year
00: 00: 00 AM
Ceyhun Bayramov Misirin Azərbaycanda yeni səfiri ilə görüşüb - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Misir Ərəb Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfirini qəbul edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirlyi məlumat yayıb.
Səfir Hişam Mohamed Nağı Abdel Həmid etimadnaməsinin surətini nazirə təqdim edib.
Nazir Ceyhun Bayramov səfiri təyinatı münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Azərbaycanda diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında mövcud olan dost münasibətlərin inkişafına öz töhfəsini vermək üçün səylərini əsirgəməyəcəyinə əminliyini ifadə edən nazir Ceyhun Bayramov, Azərbaycan tərəfinin də bu əməkdaşlığa öz töhfəsini verməyə hazır olduğunu deyib.
Ölkəmizə səfir təyin olunmasından məmnunluğunu ifadə edən səfir Hişam Mohamed Nağı Abdel Həmid Azərbaycan ilə Misir arasında bir sıra sahələrdə, o cümlədən iqtisadiyyat, turizm və s. əməkdaşlığın uğurla həyata keçirildiyini söyləyib. O, mövcud münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə Azərbaycan və Misir arasında tarixi və ənənəvi dostluq əlaqələrinin inkişafı, iqtisadiyyat, elm-təhsil, enerji, turizm, hava nəqliyyatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
İki ölkənin beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində sıx əməkdaşlığı məmnunluqla vurğulanıb və bu əməkdaşlığın gələcəkdə genişləndirilməsinin vacibliyi qeyd edilib.
Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, üçtərəfli bəyanatların icrası və bu xüsusda, Azərbaycan tərəfindən atılan addımlar, habelə azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə və yenidən quruculuq işləri ilə bağlı məlumat verib. Nazir, həmçinin bölgənin gələcək sülh və əmin-amanlıq çərçivəsində inkişafı ilə bağlı Azərbaycanın baxışlarını həmsöhbəti ilə bölüşüb.
Səfir Hişam Mohamed Nağı Abdel Həmidi Misirin Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini xatırladaraq, Azərbaycana həyata keçirdiyi bərpa və quruculuq işlərində uğurlar arzu edib və bu xüsusda, səfir azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq layihələrinə Misir şirkətlərinin maraq göstərdiyini bildirib.
Görüş zamanı səfir Hişam Mohamed Nağı Abdel Həmidi iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münadibətilə Misir rəhbərliyi adından təbrik məktublarını nazir Ceyhun Bayramova təqdim edib.
İki ölkənin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin davam etdirilməsinə dair qarşılıqlı razılıq ifadə olunub.


Tarix: 8-04-2022, 19:33 Oxunub: 139


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı