16:38 / 22-11-2024
16:04 / 22-11-2024
16:00 / 22-11-2024
15:30 / 22-11-2024
14:22 / 22-11-2024
14:00 / 22-11-2024
13:30 / 22-11-2024
13:00 / 22-11-2024
12:28 / 22-11-2024
12:24 / 22-11-2024
12:10 / 22-11-2024
12:04 / 22-11-2024
11:58 / 22-11-2024
11:54 / 22-11-2024
11:14 / 22-11-2024
11:07 / 22-11-2024
10:05 / 22-11-2024
09:54 / 22-11-2024
09:49 / 22-11-2024
22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
Daşkəsən rayonundakı Çovdar Filiz Emalı Sahəsində (ÇİRES) inşa edilən filiz emalı zavodunun 2022-ci ilin sonunda və yaxud 2023-cü ilin əvvəlində istismara verilməsi nəzərdə tutulub.
"Sahibkartv.az" bu barədə "AzerGold" QSC-yə istinadən xəbər verir.
Məlumatda həmçinin deyilir ki, səhmdar cəmiyyəti mövcud istehsalat sahələrinin inkişaf etdirilməsi, genişləndirilməsi, o cümlədən yeni mədənlərin yaradılması istiqamətində fəaliyyətini davam etdirir. Bunun üçün Göygöl rayonunun Tülallar kəndi yaxınlığındakı eyniadlı geoloji kəşfiyyat sahəsində də müvafiq işlər görülür. Bu il istismara verilməsi planlaşdırılan “Tülallar” mədənində hasil ediləcək filizlərin də yeni zavodda maksimum səmərəliliyi təmin edən çən aşındırma (CİL) metodu ilə emal edilməsi hədəflənir.
Bu arada Tülallar kəndinin sakinləri ilə xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində istifadə hüquqlarının əldə edilməsi istiqamətində növbəti görüş keçirilib. “AzerGold”un İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev Cəmiyyətin cəlb etdiyi müstəqil qiymətləndiricinin torpaq və digər əmlakların qiymətləndirilməsinə dair apardığı təhlillər barədə sakinlərə məlumat verib, prosesin məhz vətəndaşların maraqlarının qanunvericiliyin tələbələrinə uyğun qaydada nəzərə alınmaqla həyata keçiriləcəyini qeyd edib.
İlkin plana əsasən, geoloji kəşfiyyat sahəsinin əhatə dairəsinə düşən və ətrafında yerləşən fərdi yaşayış evlərinin və yarımtikililərin yerləşdiyi ərazilərdən istifadə hüququnun əldə edilməsi, növbəti mərhələdə torpaqların mövcud kateqoriyalarının dəyişdirilərək sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinat kateqoriyasına keçirilməsi nəzərdə tutulur.
Bölməyə aid digər xəbərlər