Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Şimal-Qərb Regionlararası İdarəsi, Novqorod vilayətindən ixrac üçün nəzərdə tutulan toyuq əti partiyasının daşınmasına nəzarət tədbirləri keçirib.“Rosselxoznadzor”un yaydığı məlumata görə, Krestets rayonundakı müəssisədə istehsal olunan broyler toyuqlarının dondurulmuş budlarının idxalçı ölkənin bütün baytarlıq-sanitariya tələblərinə uyğunluğu İdarənin dövlət müfəttişi tərəfindən yoxlanılıb.
Toyuq ətinin ümumi çəkisi 18,9 ton olub. Yoxlamanın nəticələrinə əsasən ona baytarlıq şəhadətnaməsi verilib və həmin sertifikatla məhsullar Azərbaycana göndərilib.
Bildirilir ki, Novqorod vilayətində “Rosselxoznadzor” İdarəsinin əməkdaşları ilk dəfə olaraq bu növ məhsul üçün sənədləşmə işləri aparıblar.





































