18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
Sanksiyalar tətbiq edilən Rusiya Azərbaycanla sərhəddə yük maşınları üçün əlavə zolaq istifadəyə verdi. Məqsəd ölkəyə Azərbaycan, Türkiyə və İrandan daha çox təzə tərəvəz və meyvələrin çatdırılmasıdır.
Dağıstanın Yaraq-Kazmalyar keçid məntəqəsində Azərbaycanla sərhəddə yük daşımaları üçün əlavə zolaq istifadəyə verilib.
Sahibkartv.az-ın məlumatına görə, Şimali Qafqaz Gömrük İdarəsinin mətbuat xidmətindən çərşənbə günü jurnalistlərə bildiriblər ki, bu, məntəqənin keçid qabiliyyətini 100 yük avtomobili artıracaq.
"Azərbaycanla sərhəddə, Yaraq-Kazmalyar keçid məntəqəsində yük avtomobillərinin gömrük ərazisindən çıxışı üçün əlavə zolaq istifadəyə verilib. Bu zolaq məntəqənin keçid qabiliyyətini gündə 100 yük maşını artırır və növbədə gözləmə müddətini əhəmiyyətli dərəcədə azaldır".
Qeyd olunur ki, bu keçid məntəqəsində yük normadan 1,5 dəfə çox olmaqla hər iki istiqamət üzrə sutkada 500-550 avtomobil təşkil edir.
"Anti-Rusiya sanksiyaları və Rusiya Federasiyasının Avropa ölkələri ilə yükdaşıma əlaqəsini əngəlləmək üçün birbaşa cəhdlər kontekstində Şimal-Cənub nəqliyyat dəhlizinin əhəmiyyəti və tələbat xüsusilə artır. Bu dəhliz Azərbaycan, Türkiyə və İrandan Rusiyaya malların, ilk növbədə təzə tərəvəz və meyvələrin çatdırılmasında mühüm əhəmiyyətə malikdir”, - deyə Rusiya Federal Gömrük Xidməti rəhbərinin birinci müavini Ruslan Davıdov bildirib.
Yaraq-Kazmalyar 2020-ci ilin iyul ayından iş dayandırılmadan yenidən qurulur. Keçid məntəqəsinin yenidən qurulmasında məqsəd onun keçid qabiliyyətini artırmaq, nəzarət prosedurlarının həyata keçirilməsi vaxtını azaltmaq, sərhədi keçən vətəndaşlar üçün rahat şərait yaratmaqdır. Yenidənqurma işlərinin nəticələrinə görə, Yaraq-Kazmalyar beynəlxalq keçid məntəqəsinin buraxılış qabiliyyəti sutkada 730 minik avtomobili, 630 yük maşını, 40 avtobus və 4000 nəfər olmalıdır.
Bölməyə aid digər xəbərlər