Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Risklərin daha da artacağına dair narahatlıqlar Avronun ucuzlaşmasına səbəb olur - GÜNƏ BAXIŞ

Baxış: 294
Avropada Ukrayna müharibəsi fonunda iqtisadi risklərin daha da artacağına dair narahatlıqlar avronun dollara qarşı ucuzlaşmasına səbəb olur və EUR/USD məzənnəsində ucuzlaşmanın davam edəcəyi proqnozlaşdırılır. GBP/USD məzənnəsinin də müqavimətlə rastlaşmasına baxmayaraq, investorlar gələn həftə İngiltərədə işsizlik göstəricisini gözləyirlər. Bu səbəbdən burada üfüqi dalğalanma müşahidə edilir. 
Foreks bazarlarında dolların bahalaşması, əlvan metallar bazarlarında qızılın da ucuzlaşmasına səbəb olur və 1924$-ın qırılması əlavə səviyyələr üçün güclü siqnal olacaqdır. Enerji birjalarında neftin qiyməti isə son proseslər ilə əlaqədar artan qeyri-müəyyənlik fonunda korreksiya etməkdədir. 
Kriptovalyuta birjalarında bitkoin 48 min dollar müqavimətinin altında ticarət edilməkdədir və sözügedən səviyyənin altında qaldıqca, 42 min dollara kimi ucuzlaşacağı proqnozlaşdırılır. 
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.