Day, Month 00, Year
00: 00: 00 AM
SOCAR Xəzərdəki işlər barədə Dövlət Dəniz və Liman Agentliyinə məlumat verəcək - FOTO


Bu barədə ASCO məlumat yayıb.
Səhmdar cəmiyyətinin təşəbbüsü ilə baş tutmuş görüşdə Xəzər dənizinin Azərbaycan sektorunda ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə istismarı başa çatmış dəniz özülləri, estakadalar və digər metal konstruksiyaların dəniz dibindən kəsilərək çıxarılması, bununla əlaqədar dəniz xəritələrinin yenidən nəşri, Hidroqrafiya İdarəsinin Azərbaycan bayrağı altında üzən gəmilər üçün Xəzərin elektron xəritəsini yeniləməsi, ölkə ərazisində qeydiyyatdan keçmiş limanların dəniz akvatoriyası və gəmilərin mövcud yanalma körpülərinin, həmçinin yeni tikilmiş körpülərin koordinatlarının dəqiqləşdirilməsi və yeni nəşr xəritələrində göstərilməsi, Səngəçal ərazisində yeni lövbər dayanacağının təşkil edilməsi, kanallarda dibdərinləşdirmə işlərinin aparılması, Yaxt klub akvatoriyasında dibdərinləşdirmə işlərinin aparılması, naviqasiya avadanlıqları vasitələrinə (buylar, stvorlar, mayaklar və sahil nişanları) nəzarət, təmir, dəyişdirilməsi kimi məsələlər müzakirə olunub.
Müzakirələrin nəticəsində qərara gəlinib ki, SOCAR Xəzər dənizinin Azərbaycan sektorunda gördüyü işlər (özüllərin tikintisi, təmiri, istismarı başa çatmış özüllərin sökülməsi, sualtı boru xətlərinin çəkilməsi-sökülməsi və s.) barədə HDQ Hidroqrafiya İdarəsinə, eləcə də Dövlət Dəniz və Liman Agentliyinə məlumat verəcək.
HDQ-nin Hidroqrafiya İdarəsi ilk növbədə Səngəçalda (N.Nərimanov NQÇİ) SOCAR tərəfindən görülmüş işlərə müvafiq olaraq dəniz xəritələrinin yenilənməsini, Xəzər dənizinin elektron xəritələrinin müvafiq standart və tələblərə uyğunlaşdırılmasını, ölkə ərazisində qeydiyyatdan keçmiş limanların dəniz akvatoriyası və gəmilərin mövcud olan yanalma körpülərinin, həmçinin yeni tikilmiş körpülərin koordinatlarının dəqiqləşdirilməsi, yeni nəşr xəritələrində göstərilməsi, naviqasiya ədəbiyyatlarının korrektəsini təmin edəcək. HDQ-nin Hidroqrafiya İdarəsi Səngəçal limanı yaxınlığında yeni lövbər dayanacağının koordinatlarını müəyyən edib razılaşdırmaq üçün təqdim edəcək.
Bundan başqa, gəmi heyəti dənizdə xəritələrdə göstərilməyən uyğunsuzluq aşkar etdikdə (hər hansı üzən obyekt, dərinliklərin dəyişdirilməsi və s.) ASCO-ya məlumat verməli, öz növbəsində ASCO həmin məlumatların Hidroqrafiya İdarəsinə ötürülməsini təmin etməlidir.
Görüşdə sözügedən işlərin icrasına nəzarət məqsədilə aidiyyəti qurumların əməkdaşlarından ibarət komissiya üzvlərinin ayda bir dəfə toplanması barədə razılığa da gəlinib.




Tarix: 4-04-2022, 11:58 Oxunub: 146


Bölməyə aid digər xəbərlər