21:49 / 23-11-2024
21:18 / 23-11-2024
20:45 / 23-11-2024
20:23 / 23-11-2024
19:42 / 23-11-2024
19:16 / 23-11-2024
18:52 / 23-11-2024
18:18 / 23-11-2024
17:21 / 23-11-2024
16:46 / 23-11-2024
16:00 / 23-11-2024
15:30 / 23-11-2024
14:16 / 23-11-2024
13:19 / 23-11-2024
13:10 / 23-11-2024
12:55 / 23-11-2024
12:50 / 23-11-2024
12:43 / 23-11-2024
11:20 / 23-11-2024
11:14 / 23-11-2024
10:18 / 23-11-2024
10:04 / 23-11-2024
09:57 / 23-11-2024
09:52 / 23-11-2024
09:39 / 23-11-2024
09:21 / 23-11-2024
22:14 / 22-11-2024
21:43 / 22-11-2024
"Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır".
“Sahibkartv.az” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “TRT World” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, 44 günlük müharibədən sonra Qafqaz regionu dəyişib.
“Azərbaycan Ermənistana münasibətlərin normallaşması prosesinə başlamağı təklif etdi. Bu istiqamətdə ilk addım Ermənistan və Azərbaycan arasında potensial sülh müqaviləsi üzrə danışıqlardan başladı, hansı ki, yekun olaraq tərəflər bir-birinin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərin toxunulmazlığını tanımalıdır”, - H.Hacıyev bildirib.
Prezidentin köməkçisi vurğulayıb ki, bu prosesə paralel olaraq Türkiyə də Ermənistanla diplomatik səviyyədə əlaqə yaratmağa başlayır:
“Biz bu prosesin Ermənistan-Azərbaycan, eləcə də Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində sinxron və paralel inkişafını dəstəkləyirik. Bizim niyyətimiz müsbətdir, çünki Ermənistana mehriban qonşuluq münasibətləri təklif edirik. Ermənistanın Qafqazdakı strateji regionu dəyərləndirməsinin vaxtı çatıb. Belə ki, İrəvan öz qonşuları, xüsusən Azərbaycan və Türkiyə ilə dostluq münasibətlərini yeniləməyə qərar verməlidir".
H.Hacıyev Ermənistanla münasibətlərin normallaşdırılmasına dair 5 bəndlik sənəddən də danışıb.
"Biz erməni tərəfinə beynəlxalq hüquq prinsipləri və mehriban qonşuluq münasibətlərinə əsaslanan sülh müqaviləsinin əsas müddəalarını təqdim etdik. İlk növbədə Ermənistan ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını tanımalıdır. O, həmçinin bizə qarşı ərazi iddialarından çəkinməlidir. Bütün bunlar Helsinki sazişinin prinsiplərini özündə əks etdirən bu sənəddə qeyd olunub”, - Prezidentin köməkçisi bildirib.
Prezident Administrasiyasının şöbə müdiri Azərbaycan-İran münasibətlərinə də toxunub:
"Bu gün biz diplomatik münasibətlərin 30 illiyini qeyd edirik. Bu illər ərzində biz həmişə mehriban qonşuluq münasibətlərini möhkəmləndirmişik. Bu yaxınlarda imzalanmış anlaşma memorandumu regionun nəqliyyat xəritəsini dəyişir. Beləliklə, Zəngilan rayonu ərazisində Astaraçay çayı üzərində hazırda iki körpünün tikintisi aparılır. Biri dəmir yolu, digəri isə avtomobil yolu olmaqla İran ərazisindən Naxçıvana keçəcək, bununla da Türkiyə, İran və Azərbaycanı birləşdirəcək".
Bölməyə aid digər xəbərlər