22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
“2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın qəbul olunmasından keçən 1,5 il ərzində, təəssüf ki, Ermənistan tərəfinin günahı səbəbindən hələ də bölgədə davamlı sülhün bağlanmasına nail olmaq mümkün olmayıb. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan öz torpaqlarını işğaldan azad etdi, Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi və ölkədə davamlı sülhün yaranması üçün hərbi, siyasi üstünlüyü ələ alaraq digər şərtlər daxilində də əməkdaşlığın bərpa olunması üçün yeni situasiya yaratmış olub”.
Bu fikirləri “Sahibkartv.az”a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Musa Quliyev deyib.
“Ötən dövr ərzində əlbəttə Azərbaycan tərəfi qarşıya qoyulan bütün məqsədlərə nail olmuşdu, istər Qarabağın və Şərqi Zəngəzur rayonlarının minalardan təmizlənməsi, təhlükəsiz vəziyyətə gətirilməsi və orada iqtisadi və sosial həyatın başladılması istiqamətində aparılan infrastruktur quruculuq proseslərinin uğurla davam etməsi və bölgə dövlətləri arasında da əməkdaşlığın yüksəlməsi, qarşılıqlı faydalı münasibətlərin qurulması üçün Azərbaycan yüksək səviyyəli işlər həyata keçirib. Bütün bunlar Azərbaycanın bölgədə siyasi çəkisinin artması ilə yanaşı iqtisadi gücünün və nüfuzunun da yüksəlməsinə xidmət edib. Azərbaycan Ermənistanla da davamlı sülhün təmin olunmasının bütün lazımi addımları atmaqdadır: sərhədlərin dəqiqləşdirilməsi, 10 noyabr bəyanatındakı bütün bəndlərin həyata keçirilməsi, xüsusilə qanunsuz erməni birləşmələrinin Azərbaycanın Qarabağ bölgəsindən çıxarılması lazımi addımları atır və atmaqda davam edəcək”, - deyə Musa Quliyev bildirib.
Deputatın sözlərinə görə, Ermənistan və Azərbaycan arasında davamlı sülhün bağlanması, hər iki dövlətin qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması, Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının olmaması barədə rəsmi sənədin imzalanması çox vacibdir:
“Bundan sonra bölgədə iqtisadi münasibətlərin daha da səmərəli aparılması üçün kommunikasiyaların qarşılıqlı şəkildə açılması və genişlənməsi vacib şərtlərdən biridir. Ermənistan sözdə sülhün tərəfdarı olsa da, əməldə davamlı sülhə getməkdən boyun qaçırır. Bir tərəfdən, Ermənistan siyasəti daim belə sürüşkən olub, digər tərəfdən Ermənistanda siyasi hakimiyyətinin zəif olması, Ermənistan siyasi elitasına təsir edən xarici qüvvələrin olması, xüsusilə Ermənistandakı revanşist qüvvələrə - istər erməni diasporları tərəfindən, istərsə də bölgədə daimi sülhün olmasını istəməyən qüvvələrin verdiyi vədlər hesabına Ermənistanda daimi sabitlik yoxdur. Sabitliyin olmaması Ermənistanın Baş naziri Nikol Paşinyanı sülhlə bağlı addımlar atmaqdan çəkindirir və qorxudur. Amma Ermənistanın manevrlərinin də mənası və məntiqi nəticəsi olmayacaq, Azərbaycan qısa müddətdə Ermənistanı sülhə imza atmağa məcbur edə biləcək”.
Milli Məclisin üzvü qeyd edib ki, erməni tərəfinin iddiaları və bəhanələrindən biri yenə də sülhyaratma prosesinə ATƏT-in Minsk qrupunun cəlb olunması və Minsk qrupu çərçivəsində onların hazırlayacağı reseptlər əsasında sülhün imzalanması bəyan etmələri də prosesi uzatmaqdan başqa bir şey deyil:
“30 illik təcrübə göstərdi ki, ATƏT-in Minsk qrupu prosesi idarə etmək, münaqişəyə son qoymaq, ədalətli həll tapmaq yerinə məsələni uzadaraq ədalətli qərarlar çıxarmağa qarşı fəaliyyət göstərib. ATƏT-in Minsk qrupu siyasi-diplomatik bir bataqlıqdır. Ermənistanın prosesi həmin bataqlığa çəkməsi Azərbaycanla Ermənistan arasındakı davamlı sülh prosesinə mane olmaqdan başqa bir şey deyil. Bunu Azərbaycan ictimaiyyəti də yaxşı anlayır, bölgə dövlətləri də yaxşı anlayır və artıq Minsk qrupunun heç bir rolu və fəaliyyəti yoxdur”.
M.Quliyevin vurğulayıb ki, Azərbaycanın regionda və dünyada getdikcə iqtisadi, siyasi nüfuzu artır, Azərbaycan Avropanın enerjidaşıyıcılarla təminatında çox mühüm dövlətə çevrilib:
“Xüsusilə İran üzərindən Naxçıvan və Azərbaycanın ana hissəsinin birləşdirən, o cümlədən Türkiyə ilə Avropanı gələcəkdə birləşdirmək imkanı olacaq kommunikasiya xətlərinin qurulması ilə bağlı ikitərəfli müqavilənin imzalanması Ermənistanı yenə də iqtisadi layihələrdən kənarda qoymuş oldu. Buna görə də Ermənistan ictimaiyyəti daha çox düşünməlidir və Ermənistan hökuməti də maraqlı olmalıdır ki, Zəngəzur dəhlizi Ermənistan ərazisindən keçməklə qısa müddətdə açılsın və Ermənistan da Böyük İpək Yolundan və digər layihələrdən kənarda qalmasın. Heç şübhəsiz ki, proseslər Azərbaycanın nəzarəti altında gedir. Bunu Ermənistan istəsə də, istəməsə də həyata keçirəcəyik”.
Bölməyə aid digər xəbərlər