Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Türkiyədə iaşə xidmətləri üçün ƏDV aşağı salındı

Baxış: 255
Türkiyədə iaşə xidmətləri üçün əlavə dəyər vergisi (ƏDV) aşağı salınıb.
Sahibkartv.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tvitter səhifəsində yazıb:
"Biz bütün iaşə xidmətləri üçün ƏDV dərəcəsini 8% müəyyən etdik.
Beləliklə, qida və içki xidmətlərində birinci dərəcəli müəssisələr, üçulduzlu otellər və daha yuxarı yerlərdə hələ də tətbiq olunan 18% ƏDV dərəcəsini 8%-ə endirmişik".
Həmçinin Ərdoğan "yaşayış yerləri və torpaqlar üzrə ƏDV-nin sadələşdirilməsi də işlərimizdən biridir. Müvafiq olaraq, alınan evin harada olmasından asılı olmayaraq, kvadrat metinə əsasən dəyişən ƏDV tətbiq ediləcək", bildirib.
Prezident Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada isə, "Yuyucu vasitə, sabun, tualet kağızı, salfet və uşaq bezləri kimi məhsulların ƏDV-sini 18%dən 8%-ə endirməyə qərar verdik. Bütün iaşə xidmətləri üçün ƏDV dərəcəsini 8 faiz səviyyəsində müəyyən etdik”, -deyib.



Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.