Day, Month 00, Year
00: 00: 00 AM
Kreml: Avropanın ABŞ-dan neft və qaz alması ikiqat baha başa gələcək

Peskov bildirib ki, ABŞ-ın Avropanın Rusiya yanacağından imtina etməsi məsələsində yardımı Avropa ittifaqına “ikiqat baha başa gələcək”, çünki Vaşinqton qaz və nefti pulsuz tədarük etməyəcək. Bundan əvvəl Putin qazı bir sıra ölkələrə rubla satmağı tapşırmışdı.
"ABŞ Avropa ölkələrini neft və qazla pulsuz təmin etməyəcək". 
Sahibkartv.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov qeyd edib ki, ABŞ prezidenti yardım vəd etməklə yanaşı, Avropa İttifaqını “səbirli olmağa” çağırıb.
“Aydındır ki, bu vəziyyətdə o, avropalılara ikiqat qiymətə maye qaz və neft satacağını vəd edib. Müvafiq olaraq, avropalıların real seçimi var – ya bazardan aşağı qiymətə, sabit müqavilələr əsasında rublla ödəniş etmək, ya da Amerikadan ikiqat qiymətə “kömək” almaq”, - Rusiya prezidentinin mətbuat katibi bildirib.
Ağ Evin saytı xəbər verir ki, Bayden bundan əvvəl Polşaya səfər edib və burada prezident Anjey Duda ilə görüşüb, söhbət zamanı dövlət başçıları Avropanın Rusiya enerjisindən asılılığının azaldılmasını müzakirə ediblər.
“Avropa Rusiyanın qalıq yanacaqlarından asılılığına son qoymalıdır və biz ABŞ olaraq kömək edəcəyik”, - Bayden çıxışı zamanı deyib.


Tarix: 27-03-2022, 11:02 Oxunub: 132


Bölməyə aid digər xəbərlər
24-03-2022, 10:44 Neftdə həlledici gün